Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
TÜRKİYƏNİN KAYSERİ ŞƏHƏRİNDƏ XOCALI SOYQIRIMI ABİDƏSİNİN AÇILIŞI OLDU - FOTOLAR
Tarix: 21-10-2018 | Saat: 09:14
Bölmə:M / Karusel / Siyasət / Qarabağdan xəbər var | çapa göndər

Əli Həsənov: Sovet İttifaqı dağılandan sonra tarixə düşən ən qanlı faciə Xocalı faciəsidir
image here












... Bu gün Türkiyənin Kayseri şəhəri 3 
möhtəşəm tədbirə ev sahibliyi etdi... Belə ki, əvvəlcə Talas bələdiyyəsi ərazisində Xocalı faciəsini əks etdirən abidəsinin və Xocalı parkının açılış mərasimi keçirildi. Mərasimdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov, azərbaycanlı millət vəkilləri- Şəmsəddin Hacıyev, Elman Məmmədov, Rusiya Dövlət Dumasının 8 üzvü, eləcə də DAMM-nin 1-ci vitse prezidenti Rasim Məmmədov, Türkiyəli millət vəkilləri, dövlət rəsmiləri də iştirak edirdilər.
Onu da qeyd edim ki, Xocalı abidəsi Kayseri Böyükşəhər Bələdiyyəsinin dəstəyi və Azərbaycan Təhsil və Həmrəylik Dərnəyinin təşkilatçılığı ilə qoyulub. Abidənin və eyni adlı 2 hektarlıq parkın ərsəyə gəlməsində DAMM-nin Türkiyə təmsilçiləri Elşən və Nəcəf Qəmbərov qardaşlarının böyük əməyi vardır.
Mərasimdə çıxış edən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Xocalı faciəsinə tam dolğun qiymət verdikləri üçün rusiyalı və türkiyəli deputatlara öz təşəkkürünü bildirərək dedi: "Burada bir çox məsələlərə yer verildi. Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev, Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrım çıxış etdilər. Talas bələdiyyə sədri və digər çıxış edənlər Xocalı faciəsinə tam dolğun qiymət verdilər. Sözün həqiqi mənasında Xocalıda dinc sakinlər qətlə yetirilib. Onlar azərbaycanlı, türk olduqlarına görə qətlə yetirilib. Həmin gecə kim ələ keçib, hamısı öldürülüb. Hamısı bir-bir qətlə yetirilib. Hətta şəhərdən çıxan qocaları və uşaqları öldürdülər. Sovet İttifaqı dağılandan sonra tarixə düşən ən qanlı faciə Xocalı faciəsidir. 1991-ci ildən başlayaraq SSRİ-dən ayrılan dövlətlər sərhədlərini qorumağa, müstəqilliyini inkişaf etdirməyə və firavan həyatı təmin etməyə başladılar. O gündən bu günə qədər ən qanlı tarix səhifəsi Xocalı faciəsi oldu. Ondan qabaq tarixdə bir çox faciələr olub. Amma bu faciə öz əhatə dairəsinə görə, törədilmə səbəbinə görə soyqırımından heç nə ilə fərqlənmir. Məhz “soyqırımı” deməklə bu faciənin dəqiq qiyməti verilir".
Ə.Həsənov təəssüf hissi ilə vurğuladı ki, bu faciəni törədənlərin hələ də azadlıqda gəzməsi təəssüf doğuran haldır: "Hələ də onlar öz siyasətlərini qururlar. Hələ də onlar öz cəzalarını almayıblar. Onların hər biri beynəlxalq təşkilatlarda Ermənistanı təmsil ediblər. Və bilə-bilə ki, onlar cinayətkardır, buna baxmayaraq, onlara meydan veriblər. Xocalı haqqında həqiqətləri dünyaya çatdırmaqla, Xocalı haqqında kitablar nəşr etdirməklə, abidələr qoymaqla erməni xalqına qarşı düşmən əhvali-ruhiyyəsi aşılamaq istəmirik. Biz erməni xalqının içərisindən çıxmış, uzun müddət hakimiyyətdə olmuş o cinayətkarları dünyaya tanıtdırmaq istəyirik. Bunların törətdiyi əməllərin mahiyyətini dünyaya çatdırmaq istəyirik ki, bir də belə qanlı faciələr tarixdə təkrarlanmasın. Tarix buna qiymət vermədikcə, belə halların təkrarlanması mümkün ola bilər. Buna görə də sülhsevər bəşəriyyəti bu faciəyə düzgün qiymət verməyə çağlırırıq".
Prezidentin köməkçisi əlavə etdi ki, Azərbaycan dövləti bölgədə sülhü hamıdan çox istəyir: "Biz kimsənin torpağına göz dikməmişik, bundan sonra da göz dikməyəcəyik. Həmin o təcavüzkar rejimə rəhbərlik edənlər torpaqlarımızı işğal altında saxlayırlar. Biz yenə də bu torpaqları sülh yolu ilə geri qaytarmaq istəyirik. Çünki müharibə yenə də günahsız insanların qanı bahasına başa gələcək".
XXX
Bundan başqa, bu gün Kayseri şəhərində dövlətlərarası dialoq mövzusunda beynəlxalq konfrans keçirildi, ardınca isə Abdulla Gül adına Universitetdə Heydər Əliyev adına Təhsil Kompleksinin açılış mərasimi keçirildi... Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov və Türkiyənin 11-ci prezidenti Abdulla Gül, eləcə də Azərbaycanın deputatları Şəmsəddin Hacıyev, Elman Məmmədov, Azərbaycanın Türkiyədəki səfirliyinin rəhbərliyi, türkiyəli millət vəkilləri, Rusiyanın 8 deputatı, DAMM-nin rəhbər heyəti... iştirak edirdilər.
Daha geniş yazı tezliklə təqdim ediləcək...
Asif Mərzili
Bakı-İstanbul-Kayseri
TÜRKİYƏNİN KAYSERİ ŞƏHƏRİNDƏ XOCALI SOYQIRIMI ABİDƏSİNİN AÇILIŞI OLDU - FOTOLAR
TÜRKİYƏNİN KAYSERİ ŞƏHƏRİNDƏ XOCALI SOYQIRIMI ABİDƏSİNİN AÇILIŞI OLDU - FOTOLAR
TÜRKİYƏNİN KAYSERİ ŞƏHƏRİNDƏ XOCALI SOYQIRIMI ABİDƏSİNİN AÇILIŞI OLDU - FOTOLAR
TÜRKİYƏNİN KAYSERİ ŞƏHƏRİNDƏ XOCALI SOYQIRIMI ABİDƏSİNİN AÇILIŞI OLDU - FOTOLAR
TÜRKİYƏNİN KAYSERİ ŞƏHƏRİNDƏ XOCALI SOYQIRIMI ABİDƏSİNİN AÇILIŞI OLDU - FOTOLAR
TÜRKİYƏNİN KAYSERİ ŞƏHƏRİNDƏ XOCALI SOYQIRIMI ABİDƏSİNİN AÇILIŞI OLDU - FOTOLAR

TÜRKİYƏNİN KAYSERİ ŞƏHƏRİNDƏ XOCALI SOYQIRIMI ABİDƏSİNİN AÇILIŞI OLDU - FOTOLAR



Xəbəri paylaş

1 2328 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___