Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Zaurla Səidənin 5 illik küsülülüyü bitdi - Onu efirdə biabır etmişdi
Tarix: 18-10-2018 | Saat: 12:48
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər


Müğənni Səidə Sultanla aparıcı Zaur Baxşəliyev arasında illər əvvəl yaşanan küsülülük bitib.

Xeberaz.az-ın məlumatına görə, 2013-cü ildə Zaur "Ümid var" proqramına sənətçinin 80 yaşlı nənəsi Əminəni çıxarmışdı. Həmin vaxt Əminə xanım Səidə haqda gözlənilməz açıqlamalar verib. O, Səidəni evdə kişi ilə tutduğunu, anasının cadu ilə məşğul olduğunu söyləyib.

Zaurla Səidə arasındakı qalmaqal da həmin andan sonra baş verib. Müğənni aparıcının ona demədən yaşlı qadını efirə buraxmasına və onu biabır etməyə icazə verməsinə əsəbiləşib. Hətta Səidənin həmin hadisədən sonra ATV kanalına çıxmasına qadağa da qoyulmuşdu.

Səidə həmin gündən dəfələrlə ATV kanalı ilə bağlı qalmaqallı statuslar yazıb, açıqlama verib. O, hər zaman kanalı və aparıcını tənqid edib, "O nənəyə şərait yaradan kanalın bir gün çökən vaxtını görəcəm. Çünki onlar soruşmamış, xəbər verməmiş, namərdlik etdilər" kimi açıqlama verib.

Bu günlərdə isə Səidə Zaurun verilişlərində qonaq olub. Sənətçi ilk olaraq "Zaurla Günaydın" proqramına qatılıb. Həmin gün verilişi Günay Baxşəliyeva tək aparıb, Zaur isə Moskvada olub. Ötən gün isə Səidə Zaurun "Bizimləsən" proqramında qonaq olub. Beləcə, hər iki məşhur 5 ildir davam edən küsülülüyə son qoyduğunu göstərib. Z.Baxşəliyev Səidəni "Bizim gözəl, göyçək, şıltaq və hər kəsin sevimlisinə çevrilən Səidə Sultan" sözləri ilə təqdim edib.

Qeyd edək ki, S.Sultanın nənəsi efirdə "Anasına cadügər dedim. Səidə də bunun üstündə qolumdan tutub qapıya çırpdı. İki gün sonra qolum göyərdi. Dedi gördüyünü desən, basıb gözlərini çıxardaram” sözlərini söyləmişdi.


Xəbəri paylaş

6008 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___