Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İlham Əliyevdən yeni təyinatlar: Yaqub Eyyubovun oğlu geri çağırıldı
Tarix: 16-10-2018 | Saat: 19:22
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

İlham Əliyevdən yeni təyinatlar: Yaqub Eyyubovun oğlu geri çağırıldı

Prezident İlham Əliyev yeni səfir, daimi nümayəndə və fəxri konsullar təyinatları ilə bağlı sərəncamlar imzalayıb.
Xeberaz.az xəbər verir ki, dövlət başçısı Qaya Məmməd oğlu Məmmədovu Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı, Fəxrəddin Nəcəf oğlu İsmayılovuAzərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndə təyin edib. Prezident başqa bir sərəncamla Emin Yaqub oğlu Eyyubovu Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırıb.


Qeyd edək ki, Emin Eyyubov baş nazirinin birinci müavini Yaqub Eyyubovun oğludur.

İlham Əliyev Oktay Sudef oğlu Qurbanovu Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edib. Başqa bir sərəncamla Tarik İsmayıl oğlu ƏliyeviAzərbaycan Respublikasının Mərakeş Krallığında, Qambiya Respublikasında, Mali Respublikasında, Mavritaniya İslam Respublikasında, Portuqaliya Respublikasında, Seneqal Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırıb.

Dövlət başçısı həmçinin Elşən Xanlar oğlu Vəliyevi Ukraynanın Çerkassı, Kirovoqrad, Poltava və Vinnitsa vilayətlərini əhatə etməklə Poltava şəhərində Azərbaycan Respublikasının fəxri konsulu təyin edib. 


Xəbəri paylaş

1 5498 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___