Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Anar nəsihət edib ki, mən öləndən sonra sirləri aç" - Nağılbazın atası
Tarix: 15-10-2018 | Saat: 16:00
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər


"Anar insan sevən, hər şeyi sevən bir insan idi. Fəxr edirəm ki, mənim Anar kimi oğlum var. Amma indi Anar yoxdur. Oğul atanın onurğasıdır. Bu gündən sonra çətin ki, belimi dikəldə bilim. İndi səninlə küsər, 5 dəqiqədən sonra gəlib səndən üzr istəyər. Belə bir insan idi. Müsahibədə ondan soruşmuşdular ki, ən böyük arzun nədir? Demişdi ki, atam oxuduğum repi bəyənsin və ondan danışsın. Oxuyurdu, deyirdim ki, bəyənmirəm. Bir az sərt idim".

Xeberaz.Az-ın məlumatına görə, bu sözləri mərhum reper Anar Nağılbazın atası, keçmiş millət vəkili Rizvan Cəbiyev ARB TV-nin "Bu qədər” proqramında deyib. Oğlundan danışan R.Cəbiyev bunları deyib:


"Anar dünyasını dəyişəndən sonra başa düşdüm ki, Anar replə çox şeyi deyib, rep mənim bildiyim qədər aciz bir sənət deyilmiş. Hansı birimizin nöqsanı yoxdur ki?! Tor qurdular, ondan sonra da Anar düşdü. Vaxtı gələr onu deyərəm. 100 il qocaldı, sifəti qırışdı. İndi cavabı özünüz çıxarın ki, Anar özü öldü, yoxsa öldürdülər. Aytən adlı xanım onu sehirlədi. Anar öləndə onun adını çəkirdi. Həmin qız da deyir ki, tələsmə, gəlib sənin məzarında öləcəm. Onlar rəsmi nikah da ediblər. Çox sirlər var məndə. Anar həmin qıza nəsihət edib ki, mən öləndən sonra sirləri aç. Anar həyatdan doymuşdu”.
İfaçının anası Şərqiyyə Cəbiyeva isə dostlarının Anarı tək qoyduğunu söyləyib:

"Dostları çox idi. Bizə gəlib-gedirdilər də. Sonra hamısı ondan uzaqlaşdı. Evlənəndən sonra hiss edirdim ki, sevgisini tapa bilməyib o. İstədiyi kimi ailə qura bilməmişdi. Ailəsi ilə belə olandan sonra, Anar düşdü. Üzü gülmürdü, nə danışırdı gözləri dolurdu. Yaşlı kişilərin sifəti onun kimi deyildi. Gəldi ki, ana, Anar adını yaddan çıxart, sənin Anar adlı oğlun olmayacaq. Bir az keçmişdi rəhmətə getdi”.


Xəbəri paylaş

4698 dəfə oxunub.

Digər xəbərlər
2-01-2021, 18:40 Votsap rekord qırdı

bütün xəbərlər
____ Instagram ___