Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dəfn və yas mərasimləri ilə bağlı mühüm yenilik:Bundan sonra hamı...
Tarix: 15-10-2018 | Saat: 15:57
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər


Dəfn və yas mərasimləri ilə bağlı mühüm yenilik: Bundan sonra hamı...

"Nümunəvi qəbiristanlıqların yaradılması ilə bağlı layihə hazırlanır".
Xeberaz.Az  xəbər verir ki, bu sözləri  Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. O bildirib ki, yas mərasimlər ənənələrlə yanaşı qanunla da tənzimlənməlidir ki, onlar bir-birindən fərqlənməsin:


"Din xadimləri bu məsələlərlə bağlı iş qaldırdı. Artıq Milli Məclisdə də bu barədə danışıqlar aparıldı və qəbiristanlıqlarda sadələşdirilmə aparıldı. Daha heç kimin qəbirüstü abidəsində qeyri-adilik, çəpərləmələr olmayacaq. Nümunəvi qəbiristanlıqların yaradılması ilə bağlı hazırlanan yeni qanun layihəsinin qəbul edilməsindən sonra, kimliyindən asılı olmayaraq hər kəsin eyni şəkil və formada basdırılması təmin ediləcək. Yas mərasimləri ilə bağlı təhrif olunmuş indiki qaydalar dində buyurulmayıb. Məhz zamanla təhrif edilmiş məsələlərin yoluna qoyulması üçün qanun layihələri işlənir. Dünyada bütün dinlərdə bu məsələlər dinlə bərabər qanunla paralel tənzimlənir və uğurlu nəticələr əldə edilir".

Onun sözlərinə görə, hələ də bəzi yas mərasimlərində fərqli yeməklərin verilməsi halları qalıb: "Cəmiyyəti inandırmalıyıq ki, bu kimi hallar islamda yoxdur. Odur ki, mərasimlərin daha da sadə keçirilməsini təmin etməliyik"


Xəbəri paylaş

4938 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___