Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>

ZehraGulum.butik

Ekskluziv,təravətli güllər və buketlər zövqünüzü oxşayacaq!

Ən münasib qiymət bizdə!

Əlaqə üçün: (WhatsApp) 012 371 80 90/055 379 99 40/077 399 68 89 (İnstagram.com)⬇ ➡@zehragulum.butik
Qurban kəsib qanını niyə alnımıza sürtürük? — ARAŞDIRMA
Tarix: 20-08-2018, 18:41 | Saat: 15:47:00
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Qurban kəsib qanını niyə alnımıza sürtürük?


Qurban kəsilən zaman bir çox insan heyvanın qanını əsasən də uşaqların alnına sürtür. Görəsən bu adətin İslamla əlaqəsi varmı?

B u gün bu sualın cavabını araşdıracağıq.
Qeyd etmək lazımdır ki, qurban kəsilən heyvanın qanını alnımıza və ya digər orqanlarımıza sürtməyin dinlə heç bir, yəni İslam dini ilə bağlı heç bir əlaqəsi yoxdur. Belə bir adəti Məhəmməd Peyğəmbər də qadağan edib. Bəs bu adət haradan yaranıb?

Sirr deyil ki, Anadoludan Azərbaycana vaxtilə köç edən türk tayfaları olub. Eyni zamanda Azərbaycandan da bu ərazilərə köçlər olub. Orta əsrlərdə Anadolu və Azərbaycan daim qaynayıb-qarışıb.
Qədim dövrlərdə qurban kəsmək ibadət edən insan və ya insanların Tanrıya nəyisə təqdim etmək, həsr etmək mənasına gəlirdi. Qurban dualarla edilən dini bir ayindir. Qurbanlar ya hədiyyələrlə qanlı, ya da qansız olaraq iki yerə bölünüb. Məsələn, buğdanın ilk məhsulundan hazırlanan undan çörək və digər məmulatlar bişirilir, Tanrı heykəlinin önündəki kürsüyə qoyularaq yandırılırdı. Kürsüyə süd də axıdılırdı. Beləcə, ilk məhsuldan Tanrıya da hədiyyə edilirdi. Bu, qansız qurbanlar idi.

Qanlı qurbanlar isə canlı olanlardır. Qurbanlıq heyvanlar çiçəkdən hazırlanan çələnglərlə bəzədilir, üzlərinə və gözlərinə çiçək suyu, gülab kimi müqəddəs sular sürtülür, kürsüdə rahib və köməkçisi tərəfindən kəsilirdi. Kəsilən heyvanın qanı bir qaba toplanır, kürsüyə və inanclı insanların üzərinə tökülürdü. Məhz Anadoluda, Azərbaycanda uşaqların alnına qurban qanı sürtmək adəti buradan qalıb.
Adətə əsasən, Tanrının gücü alına sürtülən qanla birlikdə o insana keçir.
Göründüyü kimi bu adətin İslam dini ilə heç bir əlaqəsi yoxdur.(ölkə.az)

шаблоны для dle 11.2

3778 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___