Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Uşaqlığımdan qəlbimdə bir gün vətənə dönəcəyim günün arzusunu yaşatdım - “Lankon Beauty by Sultan”
Tarix: 20-07-2018 | Saat: 23:29
Bölmə:Karusel / Gündəm / Maraqlı / Ekskluziv | çapa göndər



Vətən dediyin elə bir məkandır ki, onun dəyərini yalnız ondan uzaq düşənlər bilir. Hər gecə qürbətdə  vətəni xəyal edib, yuxuya dalar. Soyuq qış  gecələrində vətənin isti günəşli səmasını, bürkülü yay günlərində vətənin sərin bulaqlarını, meyvəli bağlarını yuxularında gəzib dolanar. Sultan xanım kimi.
Yaxın günlərdə əhali arasında şəhərin “biznes şəhərciyi” adlandırılan ərazisində qeyri-adi gözəllik salonu açıldığını  eşitdik. Əslində burada qeyri-adi heç nə olmadığını düşünmədik desəm doğru olar. Yəni gözümüzün alışdığı standart biçimli salon deyə düşünsəm də maraq xatirinə baş çəkməyi qərara aldıq.
“Lankon Beauty by Sultan” adı ilə adlandırılan gözəllik salonuna daxil olduqda yalnış ünvana gəldiyimizi düşündük. Salon adət etdiyimiz salonlardan fərqli olaraq yalnız estetik gözəllik yaradan məkan deyil, eyni zamanda  mənəvi dünyaya açılan qapı olaraq önümüzdə dayanmışdı.  Giriş qapısından başlayaraq heç bir detalı gözdən qaçırmamaq şərti ilə, başdan-ayağa milli üslubda dizayn edilmiş salon sanki kiçik bir  muzeyi xatırladırdı.
Peşəkar maraq bizləri məkanın sahibi ilə görüşməyə vadar etdi. Etiraf edim ki, qarşımda dayanan gənc, gözəl xanım, “Lankon Beauty by Sultan”-ın sahibəsi Sultan Səlimova olduğuna inana bilmədim. Ona görə yox ki, Sultan xanımın qabiliyyətinə şübhə etdik. Ona görə ki, bu qədər gənc bir qadının belə böyük milli ruha sahib olmasına həm sevindik  həm də heyrətləndik. Məhs bu səbəblə də Sultan Səlimova ilə müsahibə aparmağı, onu yaxından tanımağı qərara aldıq. Sultan xanımla apardığımız söhbət o qədər maraqlı və təsirli oldu ki, onu siz oxucular ilə dölüşməyi düşündük.

Sultan Səlimova kimdir?
--Mən uzun illər vətəndən uzaqda, Rusiyanın Nijni-Novqorod şəhərində yaşamışam. Uşaqlıq illərim vətəndən uzaqda, qürbətdə, qəribcilikdə keçib. Rus mədəniyyəti içərisində böyüdüm. Ətrafımda xeyli millətlərdən olan uşaqlıq dostlarım olsa da Azərbaycana qonaq gəldikdə öz vətənimin istisini, şirin dilini, insanların münasibətini görüb, geri qayıtmaq istəmirdim. Xüsusən də Rusiyanın soyuq iqlimi məni daha çox incidirdi.  Haçansa  vətənə dönəcəyim günü gözləyirdim. Artıq səkkiz ildir ki, Azərbaycanda yaşayıram.
Sultan xanım, neçə ildir ki, gözəllik sferasında fəaliyyət göstərirsiniz və bu sizin ixtisasınızdırmı?
--Artıq on ildir gözəllik aləmində xidmət göstərirəm. İxtisasıma gəlincə isə ingilis dilinin tərcümə ixtisasını bitirmişəm. İxtisasım üzrə çox az işlədim. Bu sahəyə olan böyük marağım ikinci sənət kimi məni öz ardınca apardı. Bunun üçün aylarla kurslara getdim.Russia Federasssiyasında dırnağa qulluğ və baxımı uzrə mütəxəssiz kursu və seminarlarını keçməyə başladım. Hələ 2009-cu ildə ,ilk öncə hobbi olaraq,sonra ise peşəkar sənətə çevrildi. İtaliya firması olan və Azərbaycanda filial kimi fəaliyyət göstərən “Aldo Coppola” da İtalyan brendinin Bakı filialında professional dırnaq mütəxəsisi kimi fəaliyyət göstərməyə başladım. Gördüyüm işlərin bəyənilməsi məni daha da həvəsləndirdi. Mənim “Aldo Coppola”da keçdiyim təcrübə mənə bir məktəb oldu. Artıq müstəqil fəaliyyət göstərə biləcəyimə, hətta bu sahədə mütəxəssislər hazırlaya biləcəyimə əmin olduqdan sonra gözəllik salonu açmağı düşündüm.
Studiyanız dizayninə görə şəhərimizdə sayılıb-seçilən məkanlardan tamamilə fərqlidir. Tərtibat milli üslubda, milli kalaritlər əsasında qurulub. Bunun səbəb varmı?
--Qeyd etdiyim kimi mənim uşaqlığım qəribçilikdə keçdi. Yaşadığım vətən həsrəti mənim ruhumu milliyimə “ac” saxladı. Uşaqlığımda Rusiyada həmyaşıdlarımla oynadığım zaman bəzən sözümüz çəp gəldikdə mənim qeyri-rus olduğumu, mədəniyyətdən kənar millət olduğumuzu söyləməklə incitməyə çalışırdılar. Bu mənim uşaqlığımdan qəlbimdə böyütdüyüm arzum olub ki, gələcəkdə hansı sahədə olursam-olum ilk növbədə xalqımın, millətimin dəyərli adət-ənənələrini, milli qürurunu, közəl mədəniyyət və incəsənətini  təbliğ edim. Bu işi ən yaxşı edə biləcəyim  isə fərqli  bir gözəllik mərkəzi yaratmaqda gördüm. Digər tərəfdın isə salon yerli vətəndaşlarla yanaşı xarici qonaqların da diqqətini cəlb etməli idi. Bunun üşün xeyli sayda otelləri olan  “biznes şəhərcik” adlandırılan bu ərazini uyğun bildim. Müzeylərimizi, tarixi yerlərimizi gəzməyi gərəksiz hesab edən turistbizim yaratdığımız(hələ tam başa çatdırılmamış) kiçik muzey salonumuza daxil olduqda xalqımızın məişəti, adət-ənənələri,incəsənəti haqqında xoş fikir formalaşmasına nail ola biləcəyimdən əmin olduğum üşün belə bir tərtibata üstünlük verdim. Bir də mənim adım SULTANDIR. Gözəllik sektorunu bir dünyaya bənzətsək bu dünyada öz dəsti xəttimlə, öz izimlə öz “bayrağımla” tanınmaq istərdim. Adımı doğrulda biləcək qədər.
Sultan xanım, salonunuz milli üslubda tərtib olunduğu halda, adının“Lankon Beautu bu Sultan” olaraq adlandırılmasına səbəb nədir?
--“Lankon Beauty by Sultan” adı əslində bildiyiniz kimi sırf igilis dili söz deyil. Mən Azərbaycanın cənub bölgəsindən, Lənkərandanam. Lənkaranlılar bir-birilərinə Lankon deyə müraciət edirlər. Lankon sözü də Lənkəran şıvəsindəndir.
“Lankon Beauty by Sultan” studiyası nə vaxdan fəaliyyət göstərir?
--9 may tarixi mənim doğum günümdür. Babam Böyük Vətən Müharibəsinin iştirakçısı olmub və cəbhədən sağ-salamat qayıdıb. Bu isə o deməkdir ki, “9 May” günü   bizim ailə üşün iki əlamətdar hadisə ilə yadda qalır. Babam ölümdən qələbə ilə qayıdır. Mən isə ailəmizə övlad sevinci bəxş edirəm. Buna görə də studiyanın açılışını “9May” qələbə günündə qeyd etdik.
Sultan xanım, bir az da studiyada göstərilən xidmətlərdən bəhs edə bilərsiniz?
Studiyamızda insan gözəlliyinin estetukasına  xidmət göstərən bütün sahələr fəaliyyər göstərir və qadın kişi salonlarından ibarərdir. Yerli müştərilərləimizlə yanaşı, xarici müştərilərimiz də kifayət qədərdir.
Siz qeyd edirsiniz ki, salonunuz Bakı şəhərində yeni addımdır. Bəs hansı səbəblə nüfuzlu gözəllik ustaları ilə əməkdaşlıq etmirsiniz?  
--Mən yaratdığım studiyama yalnız gəlir mənbəyi olaraq baxmıram. Bu məkanı özümün iç dünyamın tərənnümü olaraq təsəvvür edirəm. Açılışdan sonra bir çox tanınmış stilistlər, vizajistlər, kosmetoloqlar mənimlə işləmək arzusunda olduqlarını söylədilər. Mən isə qəbul etmədim. Çünki bizim sənətimiz elə sənətdir ki, usta-şagird münasibətləri ilə davam etdirilir. Elə ona görə də yaratdığım studiyanı bir növ məktəb olaraq bu sahədə yeni olan gənçlərə öyrətməklə davam etdirməyi hədəfləyirəm. Gələcəkdə fəxr edə biləcəyim sənətkar yetişdirəcəyimdən əminəm. 
Sizin peşəkarlığınız modaya xidmət edir ya gözəllik yaratmağa?
Mən gözəllik yaradan biri olaraq söyləmək istəyirəm ki, moda hər bir insanın fizianomiasına yaraşan tərzdir. Modanın əsiri olmaq bəzən zövqdən çox zövqüsüzlük yaradır. Buna görə də bizə müraciət edən hər bir insana individual yanaşmağı özümüzə vacib bilirik. İşimizin sonunda müştəri məmnuniyyətini gördükdə isə sənətimizə olan sevgimiz daha da artır.  Əvvəllər studiyamıza müraciət edən kişi müştərilərimiz var idi ki, imicindən narazı olduqları halda belə dəyişiklik etməyə risk etmirdilər. Mentaliteti, kənar fikirləri əsas gətirməklə kompleksli yaşamağı üstün tuturdular. Şəxsən özümün fərdi yanaşmamla kompleslərindən əziyyət çəkən bir neçə kişi müştərilərimizə arzu etdikləri estetik  xidmət göstərilib. Ən önəmlisi isə  göstərdiyimiz xidmətlərin ananimliyinin qorunmasına diqqət etməyimiz olur.
Gözəllik yaradıcısı kimi Azərbaycan qadınlarının gözəllik anlayışı haqqında nələri söyləyə bilərsiniz? 
--İşimlə bağlı dünyanın bir sıra ölkələrində oluram. Çoxlu millətlərin nümayəndələri ilə ünsiyyətdə oluram. Tam səmimiyyətimlə söyləmək istərdim ki, Azərbaycan qadınları dünyanın ən gözəl qadınlarıdır. Yəqin studiyamızın divarlarında asılan karifey qadın sənətkarlarımızın şəkildikləri filimlərdən asılan fotolara diqqət etdiniz. Bu şəkilləri asmaqla ən əsas məqsədim ondan ibarətdir ki, müştərilərimiz olan xarici vətəndaşlara heç bir estetik əməliyyat aparılmamış, təbii gözəllikləri ilə görənləri valeh edən Azərbaycan qadınının simasını çatdırım.
Sultan xanımla apardığımız söhbətimiz o qədər məzmunlu və maraqlı bir məcraya yönəldi ki, vaxtın necə axıb getməsindən xəbərimiz olmadı. Lakin oxucunu yora biləcəyimizdən ehtiyyat etdiyimiz üçün söhbətimizi məcburi dayandırmağı qərara aldıq. Lakin söhbətimizi bitirsək də sizin gözəllik yaradan möhtəşəm sənətinizə heyranlığımız əsla bitəcək deyil. Elə buna görə də sizlərə dərin təşəkkür edirik ki, Bakı şəhərində belə bir məkan yaratmaqla həm xarici həm də daxili dünyamızı gözəlləşdirə bilirsiniz.
Əziz xanımlar əgər siz də daxili gözəlliyinizi xarici gözəlliyinizlə tarazlamağa çalışırsınızsa o zaman yolunuzu “Lankon Beauty by Sultan”-dan salmağı unutmayın.   
instagram səhifələri - @lankon_beauty_by_sultan
Tərifə Şükürqızı
"Xəbəraz.az "




  


Xəbəri paylaş

1 8108 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___