Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda ürəkağrıdan görüntü: qolu qırılmış qadına küçə təmizlətdirirlər - FOTO
Tarix: 17-07-2018 | Saat: 14:30
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər


Bu gün Bakı şəhəri Səbail rayonu ərazisində, Nizami küçəsində "Landmark" Biznes Mərkəzinin yaxınlığında bir qolu qırılmış və ayaqüstündə güclə dayanan süpürgəçi qadın işə çıxarılıb.
Xeberaz.az xəbər verir ki, bu barədə "Facebook"da Pərviz Bağırov adlı istifadəçi yazıb. O, qadının başını aşağı əyib çətinliklə küçəni süpürdüyünü qeyd edərək, onu bu vəziyyətdə işə çıxaran qurumu qınayıb:
"Bu səhər "Landmark" Biznes Mərkəzinin yaxınlığında bir süpürgəçi qadın gördüm. Bir əli qırılmışdı və başını aşağı əyərək çətinliklə küçəni təmizləyirdi. Belə anladım ki, həm də Parkinson xəstəliyindən əziyyət çəkirdi. Ürəyim ağrıdı. Ona pul təklif etdim, lakin qəbul etmədi. Nə edə bilərik? Onu bu vəziyyətdə kimlər işə çıxarır", - deyə P.Bağırov yazıb.
Məsələ ilə əlaqədar sözügedən əraziyə nəzarət edən 4 saylı Mənzil Kommunal Təsərrüfat İdarəsi ilə əlaqə saxladıq. Lakin aidiyyəti şəxslər işdə olmadığından daha sonra əlaqə saxlamağımızı istədilər.


Xəbəri paylaş

6988 dəfə oxunub.

Digər xəbərlər
14-10-2016, 14:51 Həkimlərə yeni - Qadağa

bütün xəbərlər
____ Instagram ___