Bakıda yolun çökmə səbəbi BƏLLİ OLDU
Tarix: 16-07-2018 | Saat: 17:23
Bölmə:Karusel / Gündəm | çapa göndər
Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində çökmüş ərazidə aparılan qazıntılar zamanı yol səthindən təqribən 5-6 metr dərinlikdə dəmir-beton konstruksiya aşkarlanıb.
Bunu açıqlamasında "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. Onun sözlərinə görə, ilkin araşdırma zamanı məlum olub ki, bu, əvvəllər sözügedən ərazidə söküntüsü tam həyata keçirilməmiş və tökmə torpaqla örtülmüş hündürmərtəbəli binanın zirzəmi hissəsidir.
Şərti adı "B-04" olan metro stansiyasınının tikinti ərazisi Cəlil Məmmədquluzadə küçəsinə düşdüyü üçün 2012-ci ildə küçənin sözügedən hissəsi hərəkət üçün bağlanaraq hasarlanıb. "Bakı Metropoiteni" QSC-nin sifarişi ilə boş ərazidə alternativ olaraq müvəqqəti yol salınıb: "Müvəqqəti yol hissəsi söküntüsü tam həyata keçirilməyib, tökmə torpaqla örtülmüş hündürmərtəbəli binanın zirzəmisinin üzəri ilə çəkildiyindən və həmin zirzəminin 6-7 ildir ki, torpaq altında qalaraq korroziyaya uğramış mərtəbələrarası beton tavası ötən gün gecə saatlarında sındığından müvəqqəti yolda çökmə baş verib".
Hazırda ərazidə geoloji-kəşfiyyat işləri aparılır.
A. Nəcəfli deyib ki, çökmə qeydə alınan hissə "Bakı Metropoiteni" QSC-nin sifarişi ilə alternativ olaraq və müvəqqəti salındığı üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında deyil.
Çökmə ərazisində aparılan işlərlə bağlı ətraflı və daha geniş məlumatlar veriləcək.
Xəbəri paylaş
6348 dəfə oxunub.
Digər xəbərlər

31-08-2019, 13:23
“Yuventus” azarkeşlərinə bəd xəbər
13-08-2017, 22:28
Yardımlı sakini duanın təsirindən ölüb: İddia, VİDEO
30-06-2016, 17:50
Terror qurbanlarının sayı 44 oldu
5-07-2016, 11:10
Eks-deputatın ikinci qızı da əcnəbiyə ərə gedir
17-07-2017, 11:17
Azərbaycanlı müğənni avtomobil qəzasına düşdü
30-04-2015, 14:08
McDonald’s menyusunu azaldır
3-01-2017, 13:39
Dəniz kənarında 25 yaşlı qadını ildırım vurdu - VİDEO
8-06-2016, 22:53
Kılıçdaroğluna atəş açıldı - Video
3-05-2016, 12:21
Dövlət İmtahan Mərkəzinin yenilikləri abituriyentləri çaşdırır