Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gəncə terroru: Rauf Arifoğlunu kimlər hədəfə aldı?
Tarix: 14-07-2018 | Saat: 13:19
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Əməkdar jurnalist, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğluna qarşı radikal ünsürlər və təkfirçi ekstremistlər tərəfindən virtual terror həmlələri başladılıb.

"Xəbəraz.az " xəbər verir ki, R.Arifoğlunun Gəncə hadisələri ilə bağlı Real TV-də çıxışı zamanı Gəncə meydanında “qısa şalvarlılar”ın da olması ilə bağlı dedikləri onun təhdidlərə məruz qalmasına səbəb olub. Sosial şəbəkələr üzərindən, o cümlədən elektron poçtdan təhdidlər alan, ölümlə hədələnən baş yazar virtual terrorla üzbəüzdür. Gəncədə vəzifəli şəxsə və polis zabitlərinə terror edən təxribatçı qrupu düşünülmüş və ya kor-koranə, informasiya manipulyasiyasına düşərək müdafiə edənlər indi də onları ifşa edən mətbuat nümayəndəsini hədəf alıb.
Görünür ki, bu şəbəkə təkcə həbs edilən və məhv edilənlərlə məhdudlaşmır, onların dəstəkçiləri hansısa mərkəzdən təlimat alaraq dövlət məmurları ilə yanaşı, mətbuata da virtual terror etməkdədir.
Baş vermiş hadisə ilə bağlı Axar.az-a danışan "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlunun fikrincə, olay Rauf Arifoğluna qarşı mənəvi terrordur. Azərbaycanın sağlam düşüncəli insanlarına qarşı bu cür təhdidlər yolverilməzdir. Bu cür hallara qarşı mütləq şəkildə tədbir görülməlidir:
“Azərbaycan dövlətinə qarşı etibarsızlaşdırma məqsədilə terror həyata keçirilib. Bu terror hadisəsini din pərdəsi altında ediblər. Azərbaycanın sağlam düşüncəli, proqressiv insanları, media nümayəndələri, vətənpərvərlər bu hadisəni birmənalı olaraq pisləyir. Bu hadisə ilə bağlı öz qətiyyətli mövqeyini bildirən, Azərbaycan xalqının yanında olan insanların hansısa formada bir qrup tərəfindən təhdid edilməsi elə əslində yenə də Azərbaycan dövlətini təhdid etmək deməkdir.
İstənilən halda terror fiziki və ya mənəvi, sözlə və ya təhdidlə olsa belə, hüquq-mühafizə orqanlarının diqqətindən yayınmamalıdır, qanun çərçivəsində tədbirlər görülməlidir.
Rauf Arifoğlu Azərbaycan mediasını təmsil edən bir şəxsdir. Onun təhdid olunması həm də söz, ifadə və mətbuat azadlığının təhdid olunmasıdır”.
Deputat bildirib ki, Azərbaycan milli mətbuatı daim belə məsələlərdə həmrəylik nümayiş etdirib:
“Mediamız Azərbacanın dövlət maraqlarını təhdid edən bütün ünsürlərə qarşı daim birgə hərəkət edib. Hesab edirəm ki, bu məsələdə də Azərbaycanın bütün media kapitanları, Azərbaycanın mətbu icması, sosial şəbəkə istifadəçiləri, ölkəmizin gələcəyini düşünən hər kəs Rauf bəyin təhdid olunmasına qarşı çıxmalı, birlik nümayiş etdirməlidir”.


Xəbəri paylaş

1 0678 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___