Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Bu saytlara qarşı da ciddi mövqe ortaya qoyulmalıdır” – Fazil Mustafa
Tarix: 14-07-2018 | Saat: 13:11
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Azərbaycan dövlətinin əleyhinə fəaliyyət göstərən saytlar və səhifələrlə bağlı daha prinsipial davranış sərgiləmək vacibdir. İnformasiya məkanında qətiyyən uduzmaq olmaz.
Bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycan əleyhinə təbliğat aparan xarici ölkələrdən idarə olunan internet resursları barədə danışarkən deyib.
Onun sözlərinə görə, iğtişaşa, milli və dini irqi ayrı-seçkiliyə, dövlət quruluşuna qarşı zorakılığa səsləyən saytlarla yanaşı xurafatı, mövhumatı, təriqətçiliyi və məzhəbçiliyi təbliğ edən saytlara qarşı da ciddi mövqe ortaya qoyulmalıdır: “Burada qətiyyən “xaltura” etmək olmaz. Söhbət tənqidi mediadan getmir. Bloklanması nəzərdə tutulan quruluşların siyahısında nədənsə “İslam”, “İslamın səsi” kimi saytları, habelə “bizim mentalitet.az” səhifəsinin də adlarına rast gəlmədim. Bunlar da dövlət maraqlarımıza zidd olan fəaliyyətlərlə məşğuldurlar və burada yerləşdirilən materiallar diqqətlə izlənsə, anlaşılar ki, xaricdən alınan çox ciddi təlimatlarla gizli niyyətlərindən diqqət yayındıra bilirlər”, -deyə deputat vurğulayıb.



Xəbəri paylaş

5548 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___