Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Novruz Məmmədov: "Azərbaycana qarşı bəzən kiçik bir hadisə ilə bağlı Qərb mətbuatında aylarla yazılar dərc olunur"
Tarix: 22-06-2018 | Saat: 19:43
Bölmə:M / Karusel / Siyasət / Aktual | çapa göndər

CAMCA Forumunun açılış mərasimi

Onlarla ölkənin yüksək səviyyəli hökumət nümayəndələri Bakıya toplaşdı
"Ramsfeld Fondu bu gün böyük əhəmiyyətə malik qurumlardan biridir. Bu fond indiki dünyada beynəxalq münasibətlərə, dövlətlərarası münasibətlərə təsir edə biləcək liderlər yetişdirməyə qadirdir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın baş naziri Novruz Məmmədov Bakıda keçirilən CAMCA (Central Asia-Mongolia-Caucasus-Afghanistan) Regional Forumunda çıxışı zamanı bildirib. O deyib ki, Azərbaycan dünyanən ən mürəkkəb və ən mühüm rehionlarından birində yerləşir.
"Azərbaycan Şimalla Cənubun, Şərqlə Qərbin, İslamla xrisitanlığın qovuşduğu regionda yerləşir və bu qovşaq özü regionumuzun nə qədər mürəkkəb olduğunu göstərir. Azərbaycan, eyni zamanda, insan resursları və təbii sərvətləri ilə də zəngin olan ölkədir" — baş nazir bildirib.
Onun sözlərinə görə, Azərbaycan müstəqilliyin ilk illərində bir seçim edib: "Qərb və Avropa ilə sıx əməkdaşlıq etmək seçimi. Azərbaycan bu istiqamətdə çox böyük işlər, layihələr həyata keçirir. Məsələn, İpək Yolunun bərpası üçün 20 ildən çoxdur müxtəlif ölkələrlə əməkdaşlıq edir".
N.Məmmədov əlavə edib ki, Azərbaycan həm də Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşdırılması üçün səylər göstərir: "Biz həm ölkədaxili, həm də regionda təhlükəsizliyin təmin olunması istiqamətində işlər görürük. Azərbaycan, həmçinin dinlərarası anlaşma üçün böyük addımlar atıb".
Bununla belə, Novruz Məmmədov Azərbaycana qarşı münasibətdə ədaləti görmədiyini bildirib: "Azərbaycana qarşı bəzən kiçik bir hadisə ilə bağlı Qərb mətbuatında aylarla yazılar dərc olunur. Amma qaçqın və məcburi köçkün probemi ilə bağlı bu 25 il ərzində Avropa mətbuatında bir fundamental yazıya rast gəlmək mümkün deyil".
"Dağlıq Qarabağ münaqişəsinin həllinə dair BMT Təhlükəsizlik Şurasıın 4 qətnaməsinin olmasına baxmayaraq bu istiqamətdə əməli bir addım belə, atılmayıb. Ədalət anlayışı beynəlxalq münasibətlərdə demək olar ki, qalmayıb. Böyük dövlətlərin liderlərinin yazdıqları məqalələrə baxın. Orada demək olar ki, "beynəlxalq hüquq" sözünə rast gəlinmir".



Xəbəri paylaş

8848 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___