Azərbaycanda tülküyə işgəncə verən şəxs cərimələndi
Tarix: 22-06-2018 | Saat: 19:22
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Son günlər vəhşi heyvana qarşı qəddarlıq göstərərək nümayişkəranə surətdə sosial şəbəkədə video görüntüləri yayan şəxsin tapılması məqsədilə Azərbaycan Heyvanların Qorunması Cəmiyyətinin Heyvan Haqları üzrə inzibatçısı Fərid Mansurov tərəfindən aidiyyəti qurumlara müraciət olunub. Müraciət Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən"Xəbəraz.az "-a verilən xəbərə görə, Nərimanov rayonu 18-ci polis bölməsinin əməkdaşları tərəfindən tülküyə işgəncə verən şəxslə bağlı araşdırmalara başlanılıb.
Araşdırma zamanı tülkü ilə rəhmsiz davranaraq sosial şəbəkədə görüntüləri yayan şəxsin Bakı şəhəri sakini Akif Həsənov olduğu müəyyən edilib. A.Həsənov hadisəni etiraf edərək səhvini boynuna alıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qanun pozucusu inzibati xəta törətdiyinə görə 500 manat məbləğində cərimə olunub və cərimənin ödətdirilməsi təmin edilib.
Təbiətin mühafizəsində şüurlu mövqe nümayiş etdirdiyinə, heyvanlara qayğı ilə yanaşdığına görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Fərid Mansurova təşəkkür olunub.
Xəbəri paylaş
1 0018 dəfə oxunub.
Digər xəbərlər

16-11-2018, 12:34
"Sədərək" Ticarət Mərkəzində yanğın başlayıb
29-06-2016, 10:26
AZAL-dan İstanbul terroru ilə bağlı - Açıqlama
13-10-2018, 16:07
Sabah yağış, leysan, daşqın olacaq – XƏBƏRDARLIQ
15-09-2022, 14:27
“Bir gündə iki tabut qucaqladım” - Şəhid ailəsindən reportaj
8-11-2023, 12:44
Burun axıntısını dəqiqələr ərzində yox edən - Təbii üsul
8-11-2017, 10:10
Qəzadan sonra ananın maşından düşərək etdikləri çoxlarını təsirləndirdi - BAKIDA - VİDEO
24-12-2021, 11:38
“Rahat” MTK DÖVLƏTİ SAYMIR? - İTTİHAM
15-05-2016, 17:52
Saakaşviliyə xəyanət: Tiflis Kremlə can atır