Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yeni nazirdən göstəriş: Bu şəxslər işlə təmin olunsun
Tarix: 22-06-2018 | Saat: 15:31
Bölmə:M / Karusel / İqtisadiyyat / Həftə-Reytinq | çapa göndər



Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Şirvan şəhərində bu şəhərin və Sabirabad, Saatlı, Hacıqabul rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
Bu barədə Axar.az-a nazirlikdən məlumat verilib.
Qəbula gələn vətəndaşlar sosial təminat növlərinə hüququn müəyyən olunması, məşğulluğun təminatı, özünüməşğulluq proqramına və peşə hazırlığına cəlb olunmaq, müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı, əlilliyin təyinatı, bərpa müalicəsi xidmətləri və reabilitasiya vasitələri ilə təmin edilmə, sosial sığorta münasibətləri və s. məsələlərlə bağlı müraciət ediblər. S.Babayev müraciətlərdə ifadə olunan ayrı-ayrı məsələlərin qısa müddətdə araşdırılması və nəticəsinə uyğun şəkildə tədbirlər görülməsi barədə aidiyyəti üzrə nazirliyin rəhbər vəzifəli şəxslərinə tapşırıqlar verib.
Nazirin tapşırığına uyğun olaraq, bir sıra şəxslərə müraciətlərinə əsasən ərazidəki vakant iş yerlərinə göndərişlər verilib, əlilliyi olan şəxslər bərpa müalicəsi xidmətləri və reabilitasiya vasitələri ilə təmin edilmək üçün qeydiyyata alınıb. Bir nəfər isə müraciəti əsasında əlil arabası ilə təmin olunub.
Nazir həmçinin qəbula gələn aztəminatlı ailələrin nümayəndələrinin müraciəti nəzərə alınmaqla, onların kiçik ailə təsərrüfatlarını qurmaları üçün özünüməşğulluq proqramına cəlb edilməsi ilə bağlı tapşırıb verib.
S.Babayev Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, aztəminatlı ailələrin özünüməşğulluq proqramına cəlb olunması işlərinin gücləndirildiyini, cari ildə proqramın əhatə edəcəyi şəxslərin sayının 7 minə çatdırılmasının nəzərdə tutulduğunu vurğulayıb. O bildirib ki, Şirvan şəhəri, Sabirabad, Saatlı, Hacıqabul rayonları üzrə 48 şəxs özünüməşğulluq proqramı çərçivəsində müxtəlif iqtisadi fəaliyyət növləri üzrə öz ailə təsərrüfatlarını yaradaraq kiçik biznesə çıxış imkanı qazanıb. Cari ildə isə onların sayının 5 dəfədən çox olması, yəni bu 4 şəhər və rayon üzrə 250 ailənin həmin proqramda iştirakı planlaşdırılıb.
İmtiyazlı şəxslərin mənzillə əlaqədar müraciətləri də cavablandırılıb. S.Babayev qeyd olunan 4 şəhər və rayonda son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 30-a yaxın fərdi yaşayış evinin inşa edilərək Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verildiyini, qarşıdakı dövrdə bu istiqamətdə işlərin davam etdiriləcəyini bildirib.
Sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara ətraflı hüquqi izahatlar, habelə Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli fərmanının icrası istiqamətində aparılan işlər barədə məlumatlar verilib.
Qəbula gələn vətəndaşlar ölkə əhalisinin rifah halının yaxşılaşdırılması, sosial cəhətdən həssas qruplara, o cümlədən əlilliyi olanlara və şəhid ailələrinə dövlət qayğısının artırılması, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi, onların özünüməşğulluq və kiçik ailə biznesinə çıxış imkanlarına yiyələnmələri üçün aparılan işlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərə dair müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.


Xəbəri paylaş

1 5088 dəfə oxunub.

Digər xəbərlər
8-04-2015, 15:05 Onu məhkəməyə verib,

bütün xəbərlər
____ Instagram ___