Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>
Hər növ keyfiyyətli elektronik avadanlıqların yalnız bircə ünvanı Ağa Electronics.Qulaqcıqlar,Mauslar,Music Playerlər,Poverbanklar, Action və Obyekt kameraları daha nələr-nələr.Keyfiyyətli bütün malları Ağa Electronicsdən əldə edə bilərsiniz! Ünvan: 28 may küçəsi 78b Əlaqə: (+99455)9700007 @aga.electronics @aga.electronics @aga.electronics
Əlaqə üçün: (+99455)9700007 (WhatsApp) ➡@aga.electronics
Ataş Novxanılı həmkarlarının bu sənəti ucuzlaşdırdığından bərk gileyləndi- VİDEO
Tarix: 19-06-2018, 18:59 | Saat: 15:47:00
Bölmə:Karusel / Gündəm / Xəbəraz TV / Müsahibə | çapa göndər



Meyxana sənəti şifahi xalq ədəbiyyatının ayrılmaz bir qolu olmuşdur. Uzun əsrlər boyu formalaşa-fofmalaşa bu günümüzə qədər gəlib çatıb. Aşıq sənəti Göycə, Gəncəbasar, Borcalı elinin milli sərvətidirsə, meyxana isə qədim Abşeron torpağının unudulmaz söz sənətidir.
Çox təəssüflə qeyd etmək istərdik ki, 70 illik sovetlər birliyi dövründə bu sənətin inkişafına, hətta təbliğinə böyük qadağalar qoyulmuşdur. Buna baxmayaraq böyük ustad Əlağa Vahid meyxana sənətini daima yaşadıb.
Bu gün digər janrlarda olduğu kimi, meyxana janrında da kifayət qəfər şou-biznes aləmini zəbt edənlər var. Bununla bağlı məşur meyxanaçı Ataş Novxanılı ilə söhbətimizdə bəzi həmkarlarının bu sənəti ucuzlaşdırdığından gileyləndi.
Həmsöhbətimiz bildirdi ki, meyxana elə bir sənətdir ki, o ədəbiyyatın heç bir sahəsi ilə müqayisə oluna bilməz. Çünki şair ilhamı gəlincə şeir yazır. Yazıçı yaratdığı əsərini zaman-zaman fantaziyasında canlandırıb, araya-ərsəyə gətirir. Özünü meyxanaçı adlandıran biri isə hər zaman qafiyəyə hazır olmalıdır. Necə deyərlər:-" Söz üçün cibə girməməlidir"
Ataş Novxanılı bu qədər tanınan meyxanaçı olmasına baxmayaraq, yenə də özünü söz xiridarı adlandırmaqdan ehtiyyat etdi. Meyxanaçı qeyd etdi ki, bu gün meyxana ustaları içərisində çox az meyxanaçı vardır ki, əsl söz sahibidirlər.
Son zamanlar meyxanaların söz-sənət deyişməsindən çox həcv, təhqir kimi xoşagəlməz halları ilə bağlı fikrimizə söz ustası dəstək verdi. Ataş bəy meyxana sənətində təhqirin yolverilməz olduğunu birmənalı şəkildə bildirdi. Onu da bildir di ki, meyxana dediyin sənət, insanın savadını üzə çıxaran sənətdir. Digər söz sənətlərində qarşılaşdığın yad bir fikir, ifadə olduqda, oxuyub öyrənmək olur. Meyxana isə elə bir sənətdir ki, qarşı-qarşıya deyişdiyin meyxanaçı həmkarının haçan və harada hansı sahəyə eyham vuracağı bəlli olmaz. Əsl söz xridarı o eyham altında qalmamalıdır.
Meyxana ustası son vaxtlar ikrah hissi yaradan qadın meyxanaçılar barədə fikri də birmənalı olmadı. Ataş Novxalının fikrincə meyxana əsla və əsla qadına yaraşmayan sənətdir. Tarixən bizim şairə qadınlarımız olub ki, şöhrətləri bu gün də, gələcəkdə də davam edəcək. Amma bir meyxanaçı qadın tarixdə yer alıbmı? deyə fikirini vurğuladı. Hələ üstəlik qadının açıq-saçıq ifadələrlə efirlərdə kişi meyxanaçılar ilə söz " güləşdirməsi" qətiyən yol verilməzdir. Əlbətdə aşıq qadınlarımız olub ki, sazı cə sözü ilə mənəm-mənəm deyən ustad sənətkarları kölgədə qoyub. Amma onlar qadın ağlının itiliyini sözlə ifadə etməklə dinləyəni heyran ediblər. Nəinki qadın fizionomiyasının açıq-aşkar reklam olunmasını.
Əslinə qalarsa bəlkə də bu gün meyxanaçıyam deyib ortada gəzənlərin çoxu özlərinin həqiqətən də sənətləri olmadığını bilirlər. Lakin ucuz şöhrət, məhşurluq, asan qazancın sərfəli yolu ilə gedib, "sənətkaram" deməklə gözü tərəzi olan xalqı aldada bilməzlər.
Məgər öncələr bu qədər özünü reklam vasitələri var idimi ki, əsl sənətkarlar tanınsın? Xeyir! Onları tanıdıb, sevdirən təmənnasız, uğrunda fədakarlıq etdikləri sənətləri idi,bahalı telefonları ilə, etdikləri ucuz reklamları yox.
Ataş Novxanılı onu da vurğuladı ki, bu gün tək o deyil. Onun kimi bu sənətdə söz sahibi olan əsl meyxana ustadı iki kəlmə əzbərləyib ortalarda dolaşan meyxanaçıların meyxana adına gətirdikləri ləkədən narahatdılar. Çünki böyük Vahid onca qadağalara baxmayaraq meyxananı dəyərini qorudu ki, bu gün dəyərsiz edilib qazanc yerinə çevrilməsi. Allah sənə rəhmət etsin ustad!!
Biz ataş bəyin fikirlərini dinlədikcə haqq qazandırmaya bilmirik. Lakin bizim sənətimiz meyxanaçılıq olmadığı üçün meyxanaçının mövqeyinin doğru olub olmadığına qərar verə bilmərik. Qərar verə biləcəyimiz isə bir həqiqət var ki, bu gün digər sənətlər kimi meyxana sənəti ilə məhşurlaşmaq arzusunda olanların çoxu efirlərdə etdikləri təhqirlərlə, həcvlərlə, nalayiq davranışlarla sənət yox, mənəviyyatsızlıq təbliğ edirlər.
"Xəbəraz.az "


7208 dəfə oxunub.
<>
Hər növ keyfiyyətli elektronik avadanlıqların yalnız bircə ünvanı Ağa Electronics.Qulaqcıqlar,Mauslar,Music Playerlər,Poverbanklar, Action və Obyekt kameraları daha nələr-nələr.Keyfiyyətli bütün malları Ağa Electronicsdən əldə edə bilərsiniz! Ünvan: 28 may küçəsi 78b Əlaqə: (+99455)9700007 @aga.electronics @aga.electronics @aga.electronics
Əlaqə üçün: (+99455)9700007 (WhatsApp) ➡@aga.electronics

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
23-13+5=
Cavabınız:*
 

Anket

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
bütün xəbərlər
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
____ Instagram ___