Təhsil haqqını kazinoda uduzdu və ... - Gürcüstanda ölən tələbənin intiharının TƏFƏRRÜATI
Tarix: 26-05-2018 | Saat: 18:45
Bölmə:M / Karusel / Gündəm / Hadisə | çapa göndər
Gürcüstanda dünyasını dəyişən mingəçevirli tələbənin ölümü ilə bağlı təfərrüatlar məlum olub.
Gürcüstanın Rustavi şəhəri yaxınlığında Kür çayında meyiti aşkar edilmiş 1998-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Tağı Novruz oğlu İskəndərzadənin meyiti bu gün səhər saatlarında Mingəçevirə gətirilərək dəfn edilib.
Tbilisi Humanitar Unversitetinin Stomatologiya fakültəsinin ikinci kurs tələbəsi olan Tağı İskəndərzadənin atası Novruz İskəndərov hadisə ilə bağlı oğlunun ölümünün birmənalı şəkildə intihar hadisəsi olduğunu deyib: “Oğlumun təhsil haqqı 3000 lari idi. Adətən, bu məbləği iki dəfəyə ödəyirdik. Bu dəfə də Tağıya ödənişi etmək üçün 1500 lari həcmində pul göndərmişdik. Araşdırdıq və öyrəndik ki, Tağı bu pulu kazinoda uduzduğundan ödəyə bilməyib. Ardınca kompüterini, telefonunu və digər dəyərli əşyalarını girov qoyaraq borc götürüb və yenidən kazinoya gedib. Həmin məbləği də uduzub. Bundan sonra doğmalarının yanında üzü qara qalmamaq üçün intihar etmək qərarına gəlib. Sənədlərini Kür çayı sahilində skamya üzərinə qoyaraq özünü körpüdən çaya atıb”.
N.İskəndərov oğlunun tez-tez telefonla danışdığını bildirib. Amma intihar günü ərəfəsində səssizlik onları da şübhələndiribmiş. Sonradan Tağı İskəndərzadənin telefonunu da girov qoyduğunu öyrəniblər: “Baxmayaraq ki, Tağı kazinoya vərdiş etmişdi, o, çox abırlı uşaq olub. Səhvi, ardınca isə həyası onu intihara sürükləyib”. (report)
Xəbəri paylaş
1 0308 dəfə oxunub.
Digər xəbərlər

28-02-2019, 14:56
Prezident İlham Əliyev problemli kreditlər məsələsinə də son qoydu - İNQİLABİ FƏRMAN
14-05-2016, 01:50
Tərtərdə atışma davam edir - İcra başçısı
10-07-2018, 22:17
Böyük Millət Məclisində QALMAQAL: nazir and içərkən millət vəkilləri...
17-07-2018, 01:23
Balıqçını "tok" vurub öldürdü
15-11-2021, 11:13
Kardiologiya İnstitutu: Səhiyyə sisteminin ÜRƏKAĞRISI... - İTTİHAM
5-12-2015, 22:15
“Polis haqqında” qanunda dəyişiklik edildi
12-12-2017, 17:39
Xərçəng xəstəliyini 75 qəpiyə yox edə bilərsiniz...
17-05-2019, 11:34
Prezident müsəlman ölkələrinin səfirləri ilə görüşdü
11-07-2016, 23:53
Selfi çəkdirmək istədi, suda boğuldu