Şəhid əsgərin ailəsinin qazpulu borcu silinə bilərmi?..
Tarix: 23-05-2018 | Saat: 21:58
Bölmə:Karusel / Gündəm | çapa göndər
Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, şəhid olan hərbi qulluqçu əsgər Adil Tatarovun ailəsilə bağlı bəzi məlumatlar müzakirə olunmaqdadır. Sosial şəbəkələrdə paylaşılan məlumatlara görə, olduqca yoxsul şəraitdə yaşayan Tatarovların 1 il əvvəl borcu yarandığından evlərinin qaz təchizatı dayandırılıb.
Sosial şəbəkə istifadəçilərinin hiddətinə səbəb olan bu məqamla bağlı bildirilir ki, əsgər şəhid olan günün ertəsi icra nümayəndəliyindən təcili olaraq mənzilə gəlib, qaz xəttini birləşdirərək yanacağın verilişini bərpa ediblər.
Bəs canını Vətən yolunda qurban verən Şəhidin ailəsinin təbii qaza görə yaranmış borcu nə qədərdir və silinə bilərmi?
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev Modern.az-a bildirib ki, hazırda Ağstafa rayon Qıraq Kəsəmən kənd sakini Əli Tatarovun mənzilində təbii qaz var:
““Ailə qazdan istifadə edir. Mənzildə qeyd edilən kimi,1 il əvvəl yaranmış borca görə qaz təchizatının dayandırılması halı baş verməyib”.
İ.Kərbalayev deyib ki, ailənin borcu olmadığı üçün silinməsi də müzakirə mövzusu deyil.
Xəbəri paylaş
1 3408 dəfə oxunub.
Digər xəbərlər

27-05-2022, 22:11
ŞƏKİLDƏ GÖRSƏNƏN DİN XADİMLƏR ALİ TƏHSİLLİDİR
10-11-2021, 13:27
"Optimal Electronics"dən NARAZILIQLAR DAVAM EDİR... - "Xiaomi Poco X3 Pro" aldı, peşman oldu
13-07-2019, 15:20
O deputata medal yox, "pedal" vermək lazımdır
11-06-2017, 12:33
Baş həkim kütləvi zəhərlənmədən danışdı: "Uşaqların əksəriyyəti..."
12-01-2017, 18:28
Cinlər bizi harada və necə izləyir? - İlahiyyatçıdan AÇIQLAMA
9-08-2016, 02:58
Avqustun 9-na RƏSMİ MƏZƏNNƏ
18-08-2023, 16:40
Nigar Şabanovadan qadınlara məsləhət: Elə kişiləri atın çölə - FOTO
15-05-2022, 11:00
Azərbaycan “Avroviziya”da 12 xalı Böyük Britaniyaya deyil, Ukraynaya veribmiş – AÇIQLAMA - VİDEO
24-04-2016, 13:22
Keçmiş polis rəisi ailə üzvləri ilə birgə öldürüldü - RUSİYADA