“Mourinyo da gəlsə, vəziyyəti düzəldə bilməyəcək”
Tarix: 21-04-2018 | Saat: 20:57
Bölmə:Karusel / İdman / Müsahibə | çapa göndər
“Zirə”nin yarımmüdafiəçisi Milan Duriç Topaz Premyer Liqanın 24-cü turunda “Keşlə”yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- “Zirə” fasilədən sonra qələbə qazana bilmir. Nə baş verir?
- Artıq neçənci dəfədir, eyni ssenari təkrarlanır. İlk yarıda hesabda önə çıxırıq, ikinci hissədə isə standart vəziyyətlərdən 2 qol buraxırıq.
- Qış fasiləsindən sonra qələbə qazanmasanız da, oyununuzda hansısa dəst-xətt görünürdü. Bu gün isə meydanın mərkəzini keçməkdə belə çətinlik çəkirdiniz...- Ona yaxın futbolçumuz zədəlidir. Məşqçimiz də hər dəfə bu problemlərlə üzləşir. Hər oyuna fərqli heyətlərlə çıxmalı oluruq. Bu gün də eyni problemi yaşadıq.
- Kubokda mübarizəni dayandıran “Neftçi” əsas diqqətini çempionata yönəldəcək. Bu isə asan olmayan işinizi bir qədər də çətinləşdirəcək. Artıq təhlükəni hiss edirsiniz?
- Aramızda minimal xal fərqi qalırdı. Sabah “Neftçi” “Qəbələ”ni məğlub etsə, bizi keçəcək. Həqiqətən ağır vəziyyətdəyik. Vüsal İsgəndərli meydana iki ağrıkəsici iynə ilə çıxmışdı. Ehtiyat oyunçular skamyamızda əvəzedici heyətin futbolçuları oturmuşdu. Məşqçi çox çətin vəziyyətdə idi.
- Adətən uğursuzluq yaşayan komandalar məşqçi dəyişikliyinə gedirlər. Necə düşünürsünüz, “Zirə”də belə bir şeyə ehtiyac varmı?
- Baş məşqçimizdən çox məmnunuq. Bəlkə də komanda başqa mütəxəssisə həvalə olunsa və 1-2 oyunda uğur qazanmasaq, futbolçuları cəzalandıracaq. Ancaq sizi əmin edirəm ki, indiki durumda Mourinyo da gəlsə, vəziyyəti düzəldə bilməyəcək.
- Qışda komandadan gedən futbolçuların yerinə gələnlərin bu uğursuzluqda rolu nə dərəcədədir?
- Xeyr, heç bir əlaqəsi yoxdur. “Neftçi” və “Sumqayıt” kimi rəqiblərlə heç-heçə oynamışıq. Təəssüf ki, fasilədən sonra qələbə üzünə həsrətik. Bəlkə də bir qələbə qazansaq, özümüzə gələrik. Ancaq hələ də bunu bacara bilməmişik.
- İstənilən halda nəticəyə görə məsuliyyəti baş məşqçi daşıyır. Bəs, futbolçular necə, özlərində günah görürlərmi?
- Təbii ki, indiki vəziyyətimizə görə, hamımız günahkarıq.
Xəbəri paylaş
1 3718 dəfə oxunub.
Digər xəbərlər

4-04-2019, 13:44
Bakıda FACİƏ: Şagird özünü məktəbin binasından yerə atdı
15-07-2016, 22:36
Obamadan Fransa ilə bağlı təlimat: "Endirin"
11-01-2016, 18:41
İlham Əliyev Anar İsgəndərova orden verdi
9-04-2019, 15:24
Azərbaycanlı və erməni fahişələr birgə tutuldular -Video
3-02-2022, 11:28
İki tikinti şirkətinin xarabalığa çevirdiyi “Azadlıq PARKI” - Şərurlu İsfəndiyar kimi ittiham etdi?
26-04-2022, 18:58
Kosmetoloqun "himayədar"ı jurnalisti təhdid və təhqir etdi... - Audio
23-10-2017, 13:18
Müdafiə Nazirliyi Ermənistanın ittihamına cavab verdi
17-07-2015, 19:10
Azərbaycanda bələdiyyə sədri əmisi oğlunu öldürdü