Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Atası keçmiş döyüşçünün intihar səbəbini AÇIQLADI: “Fazil özünə qapanırdı”
Tarix: 20-04-2018 | Saat: 19:26
Bölmə:M / Karusel / Hadisə | çapa göndər


2016-cı ilin aprel döyüşlərinin iştirakçısı olmuş Tovuz rayini Abulbəyli kənd sakini Fazil Arif oğlu Abdıyev dünən səhər saatlarında intihar edib.

Qeyd edək ki, Abdıyev Fazil  aprel döyüşlərində iştirakı zamanı yaralanmış, sonra hərbi hospitalda müalicə almış və ordudan tərxis olunmuşdu.

26 yaşlı Fazil Abdiyevin intiharına əsas səbəb kimi bəzi psixoloji problemlərinin olduğu göstərilir.

Fazil Abdiyevin atası Arif Abdiyev açıqlamasında hadisə barədə bunları deyib.


“Fazil aprel hadisələrindən sonra özünə gələ bilmirdi. Tez-tez deyirdi ki, “niyə döyüş dostlarım şəhid oldu, mən isə sağ qaldım?”. Bunu özünə sığışdıra bilmirdi. Aprel hadisələrinin ildönümü ərəfəsində efirdə şəhidlərlə bağlı verilişlərə baxanda günlərlə özünə qapanırdı. Müharibə havası beynində idi. O günləri dəhşətlə xatırlayırdı. Psixoloji olaraq özündə olmurdu.Otaqdan çölə çıxmırdı. Anası nə qədər sakitləşdirici dərmanlar verirdi. Son 3 gün ərzində yaxşı idi”.


Arif Abdiyev deyir ki, sosial şəbəkələrdə yazıldığı kimi, oğlunun işlə bağlı problemi olmayıb.


“Fazil tikinti şirkətində iş icraçısı (“prorab”) işləyirdi. Özünə nəsə edəcəyini düşünmürdüm. Əgər bilsəydim ki, belə bir hadisə olacaq ona nəzarət edərdim. Bu gün səhər saatlarında işdə olmalı idi. Amma o, həyətimizdəki tövlədə özünü asıb. Bir ata üçün bunları söyləmək çox ağırdır”.


Tovuzdan seçilən millət vəkili Qənirə Paşayeva da saytımıza açıqlamasında hadisədən təəssüfləndiyini vurğulayıb.


“Onların yaşadığı yer  birbaşa dairəmizə  daxil olmasa da, hadisəni eşidən kimi ailəsi ilə əlaqə saxladıq. Çox üzüldük. Allah ailəsinə səbr versin. Millət vəkili olaraq “hər zaman yanınızdayıq”dedik. Fazilin intihar etməsinə səbəb kimi işsiz olduğunu yazırlar. Qeyd edim ki, intihar hadisəsinin sosial-iqtisadi məsələ ilə heç bir əlaqəsi yoxdur. Qardaşımız aprel hadisələrində qəhrəmanlıq göstərib. Allah rəhmət eləsin”.
(modern.az)


Xəbəri paylaş

1 2348 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___