Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Vətəndaşların yol polisindən etdiyi şikayətlər açıqlanıb - SİYAHI
Tarix: 19-04-2018, 17:04 | Saat: 15:47:00
Bölmə:Karusel / Gündəm | çapa göndər



Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı ötən il Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) ünvanına daxil olmuş müraciətlərdə vətəndaşlar yol patrul xidmətinin əməkdaşları tərəfindən təhqirə və kobud davranışa məruz qaldıqlarını, qanunsuz olaraq saxlanıldıqlarını, sənədlərinin qaytarılması və ya cərimənin tətbiq edilməməsi üçün pul tələb olunduğunu, əsassız cərimə olunduqlarını və inzibati xəta haqqında protokol tərtib edildiyini, müraciətlərə cavab verilmədiyini, baş vermiş yol-nəqliyyat hadisəsinin qeyri-obyektiv araşdırıldığını bildiriblər.
Bu barədə Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2017-ci il üzrə illik məruzəsində bildirilib.
Şikayətlər üzrə Müvəkkil tərəfindən müvafiq araşdırmalar aparılıb və qanunauyğun tədbirlər görülüb, sürücülərlə münasibətdə etik davranış normalarını pozan və nöqsanlara yol verən Dövlət Yol Polisi əməkdaşlarına qarşı intizam cəzaları tətbiq edilib, mövcud sahədə işin təkmilləşdirilməsi ilə bağlı tədbirlər görülüb.
Müraciətlərin təhlili bu sahədə mövcud olan bəzi problemlərin qarşısının alınması istiqamətində təsirli tədbirlər görülməsini tələb edir.
Polis əməkdaşları üçün etik davranış qaydalarına əsaslanan təlimlərin keçirilməsi, yol hərəkətinin təhlükəsizliyi sahəsində hüquqpozmaların qarşısının alınması, yol qəzalarının azaldılması məqsədi ilə planlı kompleks tədbirlərin həyata keçirilməsi tövsiyə olunur.
Qeyd edək ki, illik məruzə Milli Məclisin aprelin 24-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. 

5088 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___