Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Unudulmuş qeyri-adi Novruz falları
Tarix: 20-03-2018 | Saat: 11:07
Bölmə:Karusel / Gündəm | çapa göndər



Bu günlərdə hamı Novruz bayramının aurasında yaşayır. İlaxır çərşənbəni yola salan xalq Novruz axşamına ciddi-cəhdlə hazırlaşır. Amma hazırlaşdığımız bayramı nə qədər unutduğumuzu bir bilsək?! Novruzdakı xalq oyunlarını, el adətlərini bir kənara qoyub, təkcə insanların inanc sistemində əsaslı yer tutan Novruz fallarına diqqət edək. Biz bu gün yalnız qulaq falı və üzük falından xəbərdarıq. 

Unudulmuş qeyri-adi Novruz fallarını təqdim edirik:

Açar falı: ilaxır çərşənbə axşamı ürəyində niyyət tutan şəxs özü ilə açar götürüb evlərinin yanındakı yola çıxır. Yolayrıcı olan yerdə açarı sağ ayağının altına qoyub gözləyir. Yoldan ötənlərin ilk sözünü eşidib yadında saxlayır və açarı da götürərək geri qayıdır. Eşitdiyi söz xoş bir məna verirsə, yaxşı nəsə haqqındadırsa həmin adam niyyətinin baş tutacağına inanır. Buradakı açar isə simvolik olaraq həmin niyyətin açarı deməkdir.

Alma falı: İlaxır çərşənbə və Novruz bayramı axşamı iki alma seçilir və onlardan birinə nişan qoyulur. Daha sonra həmin nişanı gizlədərək niyyət tutur və evdəkilərdən birinə almalardan hansınısa götürməsini deyir. Həmin adam əgər nişanlanmış almanı götürərsə bu niyyətin doğrulacağına işarə kimi anlaşılır. Burada istifadə olunan alma  mifoloji dünyagörüşdə xoşbəxtlik, uğur bəxş edən rəmzi motivin daşıyıcısıdır. 

Ayna falı: İlaxır çərşənbə və Novruz axşamında subay qızlar bir evə yığışıb ayna falını icra edirlər. Ayinin qaydası belədir: bir qurğu qoyulub şam yandırılır.  Evdəki digər işıqlar söndürülür. Güzgüyə yalnız şamın işığı düşür. Niyyət tutan qız güzgünün qarşısında oturur. İnama görə qız güzgüyə xeyli baxdıqda orada oğlan əksi görünür. Qız əksi görünən həmin oğlana nişanlı olacağına inanır.

Duzlu kökə falı: Bu adət nisbətən də olsa xatırlanır. Bayram axşamı ərgən qızlar duzlu kökə yeyib üstündən su içməzmişlər. Onlar yuxularında ə hansı oğlanın yaxınlaşaraq  onlara su verməsini xeyirə əlamə kimi yozardılar. Yəni ki, əgər qıza oğlan su verərdisə bu onun yeni ildə ailə qurması demək idi. Hər halda belə düşünürdülər. 

Başmaq falı: İlaxır çərşənbə axşamı ərgən qızlar evin qapısından arxası həyətə doğru qalıb sağ çiyin üzərindən başmaq tullayırlar. Əgər başmağın burun tərəfi evə daban tərəfi yola sarı düşərsə deməli, qarşıdakı il həmin qız yenə də bu evdə qalacaq. Yaxud əksinə olarsa o zaman çox yaxında xeyir xəbər eşidəcəklərinə inanırlar. Buradakı başmaq isə arxaik dünyagörüşlə əlaqədardı.

Cıdır falı: ilaxır çərşənbə və  Novruzda keçirilən bu falı qızlar yox, oğlanlar icra edir. Kəndin cavanları bayramda cıdıra gedər, hansısa atı ürəyində nişanlayıb niyyət tutardılar. Kimin işarələdiyi at birinci olardısa o zaman həmin adamın niyyəti yeni ildə gerçəkləşə bilərdi. Buradakı at və cıdır isə qədim türkün düşüncə sistemindən qopmadır.


Xəbəri paylaş

1 4218 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___