Zaurun efirə xalatla çıxmasına MTRŞ-dan münasibət
Tarix: 19-03-2018 | Saat: 10:39
Bölmə:Karusel / Gündəm / Maraqlı | çapa göndər
Milli Televiziya və Radio Şurası (MTRŞ) ATV-də yayımlanan “ZAURla GÜNAYdın” verilişində aparıcı Zaur Baxşəliyevin efirə hamam xalatı ilə çıxmasına münasibət bildib.
Xəbəraz.Az-ın məlumatına görə, MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov report-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə müzakirələrə səbəb olmuş verilişin həmin hissəsi şoudur və burada nə qanunvericilik, nə də mənəvi dəyərlər baxımından narahatlıq yaradacaq ciddi hal yoxdur.
Onun sözlərinə görə, Şuranın kompetensiyasına efirdə konkret qanun pozuntuları, milli-mənəvi dəyərlərə zidd hallar və ictimaiyyəti narahat edən digər davamlı ciddi neqativ tendensiyalar daxildir:
"Bu aspektdə bütün proseslər diqqətdə saxlanılır və yayımçıların efiri daimi monitorinq nəzarətindədir. Mütəmadi olaraq qeydə alınan nöqsanlar və görülən tədbirlər barədə ictimaiyyət məlumatlandırılır. Lakin bu o demək deyil ki, biz şou verilişlərdə şou naminə edilən hər bir eksperimentə dərhal sərt müdaxilə etməliyik. Bu, yayımçıları lüsumsuz gərginlikdə saxlamağa gətirib çıxara bilər. Bu mənada sosial şəbəkələrdə müzakirələrə səbəb olmuş ATV kanalının efirində “Zaurla günaydın” verilişində baş verənlər şoudur və burada nə qanunvericilik, nə də mənəvi dəyərlər baxımından narahatlıq yaradacaq ciddi hal yoxdur. Bununla belə, hesab edirəm ki, elektron media və sosial şəbəkələrin teleradio məkanında baş verənləri diqqətdə saxlaması təqdirəlayiqdir və yayımçılar fəaliyyətlərində bu faktoru mütləq nəzərə almalıdırlar”.
Xəbəri paylaş
1 5988 dəfə oxunub.
Digər xəbərlər

28-09-2018, 16:31
Vüqardan meyxanaçılara sərt sözlər: "Biri qoşulub Türkana, bir digəri müğənnilik edir"
30-09-2023, 15:48
Bu tarixdən hava kəskin dəyişir - XƏBƏRDARLIQ
27-01-2016, 12:47
Bakıya gələn 15 yaşlı qız yoxa çıxdı – FOTO
26-07-2017, 16:59
“Allahı çağırıb üfürdüm...” – HƏKİMLƏR “YOX” DEYİR, ANALAR DAYANMIR...
6-06-2016, 19:27
Apelyasiya Komissiyası yaradıldı
24-08-2020, 09:32
Düşmən itki verdi, diversiya qrupunun komandiri əsir götürüldü - FOTO
1-06-2022, 13:28
Bu içkilər bədəndən vitamin mineralları yuyub çıxarır- DİQQƏT!
1-02-2018, 11:13
Atəşkəs rejimi bu gecədə pozulub
1-06-2016, 13:27
“Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının tətbiqi: “Azərbaycan Respublikasında qeyri-neft sənayesinin inkişaf proqramı”
26-08-2015, 20:04
İlham Əliyev həmkarını təbrik etdi