Bakıda “Azpetrol”un maşını aşdı - FOTO
Tarix: 18-01-2018 | Saat: 10:51
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Bu gün səhər saatlarında Bakı Dairəvi-1 avtomobil yolunun Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna (Bakı-Sumqayıt yolu) birləşən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, Bakı Dairəvi-1 avtomobil yolu ilə Bakı-Sumqayıt yolu istiqamətində hərəkət edən 30 AC 392 dövlət nömrə nişanlı “Shacman” markalı yük maşınının sürücüsü idarəetməni itirərək yoldan kənara, təqribən 20 metr hündürlükdən Biləcəri enişindəki yola aşıb. Nəticədə sürücü ağır bədən xəsarətləri ilə təcili olaraq xəstəxanaya çatdırılıb.
Qəza zamanı yol təsərrüfatına da ciddi ziyan dəyib. Yol kənarında olan əyri-xətli dəmir tirlər sıradan çıxıb, yolun çiyin hissəsində olan tökmə beton dağılıb. Hazırda yol təsərrüfatına dəymiş ziyan hesablanır.
Qeyd edək ki, ağır tonnajlı yük maşını sement daşıyırdı. Qəza nəticəsində aşan yük maşınından sement və yanacaq çənində olan dizel ətrafa dağılıb. Baş verə biləcək hər hansı bədbəxt hadisənin qarşısını almaq məqsədi ilə hadisə yerinə yanğınsöndürən maşın cəlb olunub və yola dağılmış dizel yanacağı təzyiqli su ilə yuyulub.
Xoşbəxtlikdən qəza zamanı yük maşınının aşdığı hissədə başqa avtomobillər olmayıb.
(lent.az)
Xəbəri paylaş
1 2418 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 18-01-2018 | Saat: 10:51
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Qəza zamanı yol təsərrüfatına da ciddi ziyan dəyib. Yol kənarında olan əyri-xətli dəmir tirlər sıradan çıxıb, yolun çiyin hissəsində olan tökmə beton dağılıb. Hazırda yol təsərrüfatına dəymiş ziyan hesablanır.
Qeyd edək ki, ağır tonnajlı yük maşını sement daşıyırdı. Qəza nəticəsində aşan yük maşınından sement və yanacaq çənində olan dizel ətrafa dağılıb. Baş verə biləcək hər hansı bədbəxt hadisənin qarşısını almaq məqsədi ilə hadisə yerinə yanğınsöndürən maşın cəlb olunub və yola dağılmış dizel yanacağı təzyiqli su ilə yuyulub.
Xoşbəxtlikdən qəza zamanı yük maşınının aşdığı hissədə başqa avtomobillər olmayıb.
(lent.az)
Xəbəri paylaş
Digər xəbərlər
29-08-2022, 13:15
Sabunçu polisi əməliyyat keçirdi - 43 nəfər saxlanıldı
19-06-2020, 13:38
Milli Məclisdə bəzi təhsil müəssisələri ilə bağlı layihə qəbul edildi
15-12-2018, 16:57
Prezident İlham Əliyev müdafiə sənayesi işçilərini təltif edib - SİYAHI
30-08-2016, 22:04
56 yaşlı türkiyəli ifaçı ana olacaq
27-08-2015, 15:38
Tanınmaz hala düşüb - FOTO
14-07-2017, 18:42
“Təzəpir”də İNSİDENT: əli qılınclı şəxs..
2-12-2016, 14:53
“Məmurların sayı 30 faiz azaldılsın” - Milli Məclisdə təklif
12-08-2016, 23:12
Göy üzündə qeyri-adi toy - fotolar