Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Kimə borc verirsiniz? – SORĞU
Tarix: 14-12-2017 | Saat: 13:58
Bölmə:Karusel / İqtisadiyyat / Maraqlı / M2 | çapa göndər


"Pul əl çirkidir" deyirlər. Amma "çirk"siz də yaşamaq imkansızdır. Hər kəs bir yolla yaşayışı üçün pul qazanır, qazanc əldə edir. Bəs, əli "çirk"ə çatmayanlar və ya "ayı aya calayanlar" son bir ay müddətində borc alıbmı?
ACT Azərbaycan mövzu ilə bağlı keçirdiyi sorğunun nəticələrini açıqlayıb.
Rəyi öyrənilmiş Bakı sakinlərinin dörddə biri (24 %) yaxın dost-tanışından borc aldığını bildirib. Borc alanlar, əsasən, kişilər olub (27%). Zərif cinsin nümayəndələrinin beşdə biri də (21 %) son bir ayda borc almadan keçinə bilməyib.
Dost-tanış puluna ehtiyac duymayan daha çox olub (76 %). Qadınlar maliyyə işlərində daha uğurlu olublar (79 %). Kişilərin isə 73 %-i son bir ayda borc almadığını bildirib.
Borca girənlər arasında 18-24 yaş aralığındakı gənclər daha çoxdur (30 %).
Bəs borc almaq üçün Bakı əhli kimə müraciət edir?
Sorğuda iştirak etmiş paytaxt əhlinin, demək olar ki, yarısı (45 %) son bir ay ərzində borc verdiyini bildirib. Səxavət boğçasını, əsasən, kişilər açıb (51%). Qadınlar borc pul verməkdə güclü cinsdən nisbətən geri qalır (39 %).
Borc verməyənlər (55%) arasında qadınlar üstünlük təşkil edir (60 %). Kişilərin 49%-nin borc pul verməklə arası yoxdur.
Səxavət boğçasını açmaqda 35-44 yaş aralığındakı nümayəndələr (59%) fəaldılar.(oxu.Az)


Xəbəri paylaş

6468 dəfə oxunub.

Digər xəbərlər
3-07-2017, 13:06 Əsl dəniz HAVAsı

bütün xəbərlər
____ Instagram ___