Ramil Usubov Milli Qəhrəmanın oğlunu işə götürdü – FOTO
Tarix: 13-12-2017 | Saat: 16:02
Bölmə:Karusel / Gündəm / Foto-fakt | çapa göndər
Məhbus qiyamının yatırılması zamanı həlak olan polis kapitanı Gündüz Abdullayevin ailəsinin müraciətinə müsbət cavab verilib.
Xəbəraz.Az xəbər verir ki, kapitanın həyat yoldaşı Ulduz Abdullayevanın femida.az -a verdiyi məlumata görə, oğlu Xəyyam Abdullayev yenidən Daxili Qoşunlara işə bərpa olunub: “Sizin saytınıza keçən dəfə yoldaşımla bağlı verdiyim müsahibədə cənab nazir Ramil Usubovdan oğlumun yenidən polisə bərpa olunmasını xahiş etmişdim. Cənab nazir hər zamankı kimi, bu dəfə də ailəmizə olan diqqətini əsirgəmədi. Onun göstərişi ilə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov bizi qəbul etdi.
Oğlumun yenidən Daxili Qoşunlara bərpasına kömək etdilər. Oğlumu Sumqayıtda daxili qoşunların taqım komandiri vəzifəsinə təyin etdilər. Mətbuat vasitəsilə cənab nazir Ramil Usubova və Daxili Qoşunların komandanı Şahin Məmmədova və onun müavini - Qərargah rəisi Şirin Xəlilova təşəkkürümü bildirmək istəyirəm. Çünki onların ailəmizə dəstəyini hər zaman görmüşük”.
Xatırladaq ki, kapitan Gündüz Abdullayev Qarabağ döyüşlərində uzun yol keçdikdən sonra 1999-cu ilin yanvarında Qobustan həbsxanasında baş vermiş qiyamın yatırılması zamanı həlak olub. Göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin Fərmanı ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.
Xəbəri paylaş
1 0848 dəfə oxunub.
Digər xəbərlər

11-06-2017, 14:43
Azərbaycanlı teleaparıcı: "İstədiyim pulu versələr, yatağa girərəm"
13-01-2016, 10:01
Düşmən mövqelərinə 126 atəş zərbəsi endirilib
14-09-2016, 20:20
"MilliÖN"də "BakıKart"la bağlı yaranan problemlər barədə AÇIQLAMA
13-01-2018, 13:28
Azərbaycanın xalq artisti ilə vida mərasimi keçirilib
11-07-2019, 12:18
Aydın Qurbanova işgəncə verilməyib - Rəsmi açıqlama
24-02-2023, 10:52
Bu telefonlarda “WhatsApp” işləməyəcək - Martın 1-dən - SİYAHI
24-04-2019, 20:48
Salyanda 3 uşaq anası intihar etdi
10-09-2023, 11:15
Azərbaycanda bu məhsul UCUZLAŞACAQ
18-02-2016, 14:53
“Şeirlərim şəxsi hislərimi əks etdirmir“ - Leyla Əliyeva