Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Fədayə Laçın həbsdən azad edilmədi - QƏRAR
Tarix: 13-12-2017 | Saat: 15:48
Bölmə:Karusel / Gündəm | çapa göndər


İki nəfər məhbusun qaçmasında təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçının barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı məhkəmə keçirilib. 
Bu barədə müğənninin vəkili Türkel Süleymanlı məlumat verib.
 
Vəkilin bildirdiyinə görə, Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə müğənni çıxış edib ki, onun himayəsində bir övladı və anası var: "Xahiş etdi ki, onun barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilsin".
 
Prosesdə qərar elan edilib. Hakimin qərarına əsasən Fədayə Laçının vəsatəti təmin edilməyib.
Türkel Süleymanlı onu da bildirib ki, müvəkkili heç vaxt istintaqdan yayınmayıb: "Onu birinci dəfə Bakı şəhər Baş Polis İdarəsinə dəvət ediblər, ifadə verib, buraxıblar. Daha sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ifadə verib, yenə də buraxıblar. Yəni heç vaxt istintaqdan yayınmayıb. Ona görə bu gün verilən qərarı düzgün hesab etmirik".
 
Vəkilin sözlərinə görə, Fədai Laçının səhhəti pisdir: "Müğənninin Hepatet C xəstəliyi var. Və onun həbsxana şəraitində yaşaması sağlamlığına pis təsir edir". 
 
Qeyd edək ki, bu il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın)  təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.
 
Nəsimi trayon Məhkəməsinin qərarı ilə Fədayə Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qaçan məhbuslarla bağlı Penitensiar Xidmətin 10 əməkdaşı orqanlardan xaric edilib, 3 nəfər vəzifədən azad olunub.
Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.
Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə hadisə yerinin müfəssəl müayinəsi həyata keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində 23 oktyabr 2017-ci il tarixdə Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib, araşdırma aparılır. “Qoca” ləqəbli Etibar Məmmədov isə saxlanılan zaman atışmada ölüb.




Xəbəri paylaş

1 1278 dəfə oxunub.

Digər xəbərlər
29-10-2018, 14:26 Merkel istefa verir

bütün xəbərlər
____ Instagram ___