Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Cavid Qurbanov: Bakı-Tblisi-Qars region ölkələrinin tranzit potensialının artmasına xidmət edəcək
Tarix: 23-11-2017 | Saat: 15:25
Bölmə:M / Karusel / İqtisadiyyat / Gündəm | çapa göndər



Türkiyənin İstanbul şəhərində baş tutan İslam Əməkdaşlıq Təşkilatının İqtisadiyyat və Kommersiya əlaqələri üzrə Daimi Komitəsinin (COMCEC) 33-cü Nazirlər Müşavirəsi çərçivəsində “Xüsusi transmilli nəqliyyat dəhlizlərinin inkişafı” mövzusunda xüsusi sessiya keçirilir.
 
“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın “APA-Economics”ə verdiyi məlumata görə, tədbirdə QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.
 
Sessiya xüsusi olaraq Dakar limanı - Sudan dəmir yolu layihəsi, “Bir kəmər-bir yol” təşəbbüsü və Bakı-Tbilisi-Qars (BTQ) layihələri ilə bağlıdır. Sessiya layihələrin reallaşdırılması istiqamətində qarşıya çıxan çətinliklər, bu dəhlizlərin daha yaxşı fəaliyyət göstərmələri  və marşrut üzərində yerləşən ölkələrinin mümkün əməkdaşlıq əlaqələrinin  müzakirəsinə həsr olunub.
 
C.Qurbanov çıxış edərək bu günlərdə açılış mərasimi olan BTQ dəmir yolu bağlantısı barədə ətraflı məlumat verilib. Bildirilib ki, bu dəmir yolu Asiyanı Avropa ilə birləşdirəcək. BTQ yeni dəmir yolu xətti üzrə beynəlxalq layihənin həyata keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası, Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsi, yük və sərnişinlərin birbaşa Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə, Avropa və Asiyaya çıxarılmasını təmin etməklə yanaşı, region ölkələrinin tranzit potensialının artmasına xidmət edəcək.
 
Qeyd edək ki, tədbirdə İslam dünyasının nazir və nümayəndələri, həmçinin beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatlarının, təhlil mərkəzlərinin, özəl sektor və akademiyanın nümayəndələri də iştirak edirlər.
 
Müzakirələr zamanı qeyd olunub ki, yeni transmilli nəqliyyat dəhlizlərinin inkişafı çoxaspektli yanaşma tələb edir. İlk öncə idarə mexanizmləri hazırlanmalıdır. İkinci, maliyyə təmin edilməlidir. Üçüncü, müxtəlif qanunları, nizamnamələri, biznes mədəniyyətləri və dilləri olan bir neçə sayda ölkənin ehtiyaclarının cəlbi gələcəkdə vəziyyəti daha da çətin olmasına gətirib çıxarır.
 
Bu sessiya yeni transmilli nəqliyyat dəhlizlərinin inkişafı üçün ən maraqlı üç mərhələdə cəmlənəcək. Birinci mərhələdə, mövzu Avrasiya ölkələri arasında əlaqə və əməkdaşlığın inkişafına yardımçı olacaq, Çin tərəfindən təklif olunan “Bir kəmər-bir yol” təşəbbüsü olacaq. İkinci mərhələdə, Afrikada ən böyük infrastruktur layihələrindən biri olacaq Dakar limanı - Sudan dəmir yolu layihəsini reallaşdırmaq istəyən bir qrup Afrika ölkələri. Üçüncü mərhələdə, Tarixi İpək Yolunun tamamlanmasında əhəmiyyətli rol oynayan Türkiyə, Gürcüstan, Azərbaycanın uğurla reallaşdırdığı Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi.
 
Hər üç layihənin hərəsinin öz tarixi və təcrübəsi vardır. “Bir kəmər-bir yol” layihəsi Çini Avropa və Şimali Afrika ölkələri ilə ən sürətli və qənaətcil yolla birləşdirmək məqsədi daşıyıb, böyük maliyyə vəsaiti tələb edir. BTQ dəmir yolu layihəsi marşrut boyu ölkələr arasında yalnız regional inteqrasiya və ticarəti asanlaşdırmayıb, eyni zamanda Şərq-Qərb istiqamətində çatışmayan hissəni tamamlayır. Bu iki layihədən fərqli olaraq, Dakar limanı - Sudan dəmir yolu iqtisadi cəhətdən daha az inkişaf etmiş ölkələri əhatə edib, Çin təşəbbüsü ilə müqayisədə tamamlanması daha az investisiya tələb edir.




Xəbəri paylaş

6798 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___