Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Amerikalı alim Aşıq Şəmşir muzeyini ziyarət edib-FOTOLAR
Tarix: 21-11-2017 | Saat: 19:27
Bölmə:Karusel / Gündəm / Foto-fakt | çapa göndər



Amerikalı folklorşünas alim, Cənubi Karolina ştatındakı Kostal Karolina Universitetinin (Coastal Carolina University) professoru Anna Oldfield Aşıq Şəmşir müzeyini ziyarət edib.
Xəbəraz.Az-ın xəbərinə görə, birliyin sədr müavini Həbib Misirov Mədəniyyət ocağının fəaliyyəti və həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verdi. Sədr müavini 2014-cü ildə Anna xanımın respublikamıza səfərini və həmin səfər nəticəsində aşıq sənətinin öyrənilməsi və təbliği ilə baqlı maraqlı müzakilərinin olduğunu xatırlatdı. Amerikalı professor aşıq sənətinin okeanın o tayında daha geniş təbliği üçün nəzərdə tutduğu planlarından danışıb.

Alimin “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai birliyi ilə birlikdə həyata keçirmək istədiyi layihələr barədə fikir mübadiləsi aparılıb. Qonağ “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai birliyinin YUNESKO-nun müşahidəci qismində üzvülük stausunun qazanması müasibəti ilə təbriklərini bildirdi.

Qeyd edək ki, professor Anna Oldfield 2005-2008-ci illərdə Azərbaycanda aşıq sənəti ilə bağlı tədqiqat işləri aparıb. 2014-cü ildə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai birliyinin dəvəti ilə yenidən ölkəmizdə olub və«Ümumtürk kontekstində Qarabağ xalq oyunları və meydan tamaşaları» mövzusunda kecirilən konfransada iştirak edib. Qonaq həmçinin Bakı şəhəridnə yerləşən Aşıq Şəmşir müzeyi ilə yaxından tanış olub. “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai birliyinin layihələr şöbəsinin müdri Həqiqət xanım Şükürova qonağa Dədə Şəmşirin müzeydə toplanmış zəngin isri barədə ətraflı məlumat verdi. Qonağa Əminə Eldarovanın 1958-ci ildə lenta aldığı 75 saz havasından ibarət mahınların nəfis şəkildə yenidən hazırlanmış diski təqdim edildi. Anna xanım Dədə Şəmşirin zəngin yaradıcılığı ilə maraqlandığını və onun yaradıçılığı ilə bağlı təqdiqat aparacağını və Amerkada təbliğ edəcəyini bildirdi. O, Azərbaycan dili ilə yanaşı, rus və qazax dillərini də bilir ki, bu da elmi axtarışlarında ona çox kömək edir.
A.Oldfield 2013-cü ildə “Azərbaycan qadın aşıqlarının yaradıcılığı” mövzusunda dissertasiya müdafiə edib. Hazırda Kostal Karolina Universitetində Dünya ədəbiyyatı kafedrasının professorudur. O, aşıq sənətimizin ABŞ-da təbliği istiqamətində də çox iş görüb. Əminə Eldarovanın “Azərbaycan aşıq sənəti” adlı kitabını ingilis dilinə tərcümə edərək ABŞ-da nəşr etdirib, qadın aşıqlarımızın okeanın o tayında çıxışlarını təşkil edib. Ustad aşıq Əkbər Cəfərovun 1964-cü ildə yazıya alınmış və ABŞ Senatının kitabxanasında saxlanılan səs yazısını da ilk dəfə respublikamıza professor Anna Oldfield gətirib.



Xəbəri paylaş

7348 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___