Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dünyanın ən uzunmüddətli DİKTATORLARI
Tarix: 20-11-2017 | Saat: 12:32
Bölmə:Filmlər / Siyasət / Dünya / Şou-Biznes / M2 | çapa göndər


Afrikada uzunmüddətli diktaturaların formalaşması XX əsrin ortalarında müstəmləkə quruluşunun dağılması ilə başlayıb. Sonuncu dəfə 27 ildir ki, ölkəsinə rəhbərlik edən Zimbabve prezidenti Robert Muqabenin hakimiyyətinə qarşı silahlı çıxışların başlanmasından sonra digər çoxillik diktatorların da legitim hakimiyyətinə son qoyula biləcəyi bildirilir.
 
Afrikanın ən uzunmüddətli diktaturalarını təqdim edirik.
 
Teodor Obianq Nqema Mbasoq - Ekvatorial Qvineya
 
O, 38 ildir ki, ölkəyə rəhbərlik edir. Bu, müasir Afrikada ən uzunömürlü hakimiyyət sayılır. O, bir neçə dəfə seçkilərdə yeganə namizəd kimi çıxış edib. Öz əmisini devirən Mbasoq 1991-ci ildə ölkədə çoxpartiyalı sistem formalaşdırıb. Amma bu, ona öz şəxsiyyətinə pərəstişə mane ola bilməyib, yerli KİV isə onu “Allah” adlandırır.
 
Pol Biya -  Kamerun


Bu prezident isə 35 ildir hakimiyyətdədir. Fransanın Sorbon Universitetində təhsil alan intellektual Pol Biya 1982-ci ildə prezident postuna seçilib. Biya çevriliş edərək, onu kəskin ittiham edən prezident Əhməd Ahiconu devirib. Bir neçə dəfə prezident postuna seçilən Biya Fransa ilə yaxşı əlaqələr saxlayır və hakimiyyətini daha uzunömürlü etməyə çalışır.
 
Deni Sassu-Nqesso - Konqo


Nqresso da 38 ildir ki, hakimiyyətdə təmsil olunur. 1979-cu il inqilabından sonra Joakim Yombi-Opanqonu hakimiyyətdən devirən yeni prezident Əmək Partiyasının əsasını qoyub. SSRİ ilə yaxınlıq edərək, sosializm quruculuğuna başlayan Nqesso Qərblə də əlaqələrini kəsmirdi.
Mixail Qorbaçovun yenidənqurmasından sonra ölkəsində də yeni seçkilərə gedən diktator səsvermədə onentlərinə məğlub olmuşdu. Paskal Lissabonenin prezident seçilməsinə etiraz edən kommunist siyasətçi vətəndaş müharibəsinə başlayıb. Qonşu Anqola ordusunun yardımı ilə hakimiyyətini bərpa edən Nqesso çoxpartiyalı sistemə rəğmən, hakimiyyəti əlində cəmləşdirib.
 
Ömər Həsən Əhməd əl-Bəşir - Sudan
 
O, 28 ildir ölkəyə rəhbərlik edir. 1989-cu ildə professional hərbçi kimi dövlət çevrilişi edərək, prezident olan əl-Bəşir Darfur bölgəsində 200 min insanın ölümü ilə nəticələnən qanlı toqquşmalara görə də cavabdehdir. Soyqırımı ittihamı ilə o, beynəlxalq axtarışa verilib.
 
Yoveri Kaquta Museveni - Uqanda


Museveni 31 ildir hakimiyyətdədir. İtit Aminin diktator hakimiyyətinə qarşı uzun illər mübarizə aparan marksist Museveni diktaturanın devrilməsindən sonra vətəndaş müharibəsinə başlayıb.
Çox effektiv siyasət yürüdərək, iqtisadi rifahı qaldıran Uqanda lideri 2016-cı ildə yenidən prezident seçilib.(modern.az)


Xəbəri paylaş

7678 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___