Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Vicdanın varsa, sus...” - Floradan Zeynəbə ağır sözlər
Tarix: 20-11-2017 | Saat: 11:14
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Vicdanın varsa, sus...”
Xalq artisti Flora Kərimova həmkarı, Milli Məclisin deputatı Zeynəb Xanlarovanı sərt şəkildə tənqid edib.
F. Kərimova deputatın parlamentin son iclasında aktyor Rasim Balayevin səhhəti ilə bağlı çıxışına qəzəblənib:
“Bu xəbəri gördükdə, keçən həftənin icmalını silkələyən, 40 ilə yaxın deputat kürsüsünu zəbt edən, xalq artisti Zeynəb Xanlarovanın Rasim Balayev və Azərbaycan müəllimi barəsində dediklərinə göz yuma bilmədim. Susa bildiyim qədər susdum ki, yenə deməsinlər, Flora Kərimova polemika axtarır, qaşınmayan yerdən qan çıxardır və ya kiminsə bostanına daş atır!  Bildiyim qədəri ilə insanın həyatı boyu xasiyyəti dəyişmir, hədəfləri dəyişir. İldə-fəsildə bir fikrə, bir düşüncəyə xidmət eləmək...?! İllah da səksəndən sonra!
Birinci gələk şabalıd satan müəllim mövzusuna… Deyən gərək qocalaydın ki, ürəyin "yumşalaydı"!? Pensiya vaxtını azaltdığın, uşaq pulunu kəsdirdiyin, maaşının artırılmasına etiraz etdiyin müəllimlər illər sonra Türkiyədə acınacaqlı görüb halına acıyaydın!? Müəllimə bu rəzaləti layiq bilib sonra başını sığallamaq... Kimə gərəkdir? 
Ağbirçək olasan, 25 ilə yaxın müharibə şəraitində yaşayan dövlətə birbaşa “xidmət” edəsən və bütün titulları alasan, müharibə astanasında müharibədən dönəsən, yüzə yaxın şəhidin ola… Sən gedib ermənilərlə sülhə qoşulasan?
Nə qədər özünü mənasız və cılız, yaxşı göstərib silahdaşlarıni küçümsəmək olar!? Ayıbdır, amma dahası olmamalıdır! Bəs sən niyə elə orda, dediyin qədər ürəyin yanırdısa o “qanın qaynadığı”, acıdığın İstanbulda şabalıd satan müəlliminə cüzi də olsa bir yardım etmədin, ya da xalq artistinə. Vicdanın varsa, sus və heç yaxşılıq eləmə! 40 ildə eləmədinsə bundan bele də cəhd etmə bil ki, ziyanın dəyir”.(qafqazinfo)


Xəbəri paylaş

1 1428 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___