Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Aygünün 1589-cu əməliyyatı, Səmədin Əliylə məzələnməyi, Anar Nağılbazın "narkomanlığı", İlhamənin qızılları - HƏFTƏBECƏR
Tarix: 20-11-2017 | Saat: 10:22
Bölmə:Karusel / Şou-Biznes / M2 | çapa göndər


Jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (148-ci say) təqdim edirik.

Xalq artisti Aygün Kazımovanın 1589-cu əməliyyatdan sonra çəkilmiş fotoları yayılıb. Bu yaxınlarda ekspert qismində dəvət aldığım verilişdə də bu haqda danışmışdım. Fikrimcə, Kazımovanın etdirdiyi ilk əməliyyatlar səhnədə gözəl görünmək üçün idisə, sonrakı əməliyyatların əksəriyyəti gündəmdə qalmaq xatirinədir. Hərçənd ki, sənətçinin əməliyyatlardan öncəki görkəmi də yetərincə yaxşıydı. Hətta Aygünün əməliyyatlarsız daha gözəl olduğunu düşünənlərin sayı daha çoxdur. 
Sözüm pis çıxmasın, camaat Səməd Səmədovla məzələnir, Səməd Səmədov da Əli Mirəliyevlə. Xalq atisti deyib ki, illərdi müğənniyəm, məni elə-belə qarşılayırdılar. Amma Əli Mirəliyevlə qalmaqaldan sonra hamı üstümə qaçdı, məni tanıdı.
"Çoxdandı mənə ilişmir, yola verir. Gərək ona sataşım ki, qalmaqal qalxsın. Əli Mirəliyev mənə ilişməsəydi, qalardım o səviyyədə. Onun acığına yeni mahnılar yazdırıb, kliplər çəkdirdim. O, mənim talismanımdır".
Əslində, bu məsələdə hər kəs özü üçün haqlıdır. Bəlkə də Mirəliyev zamanında səs rejissoru kimi onun mikrofonunu gəzdirən Səmədovu bu gün daha yüksək zirvələrdə görmək istədiyi üçün bu qədər tənqid edir. Səmədov isə, öz növbəsində, hələ də Mirəliyevi görəndə səs rejissoru olduğu dönəmləri xatırlayır. Kim bilir, Mirəliyev bəlkə də vaxtında öz işçisini danlayıb, tənqid edib. Bu gün isə dövran dəyişib və keçmiş işçisinin statusca ondan yuxarıda olmağını qəbul edə bilmir. Allah hər iki sənətçiyə can sağlığı versin. Yaşlı-başlı adamlardır. Səməd müəllimə də arzu edirik ki, himnimizi tam əzbərləsin. Ondan sonra Səməd Səmədovdan özüm şəxsən müsahibə götürəcəyəm.
Repin atası Anar Nağılbaz deyib ki, Elşad Xoseylə rəhmətlik Hüseyn Dəryaya görə adımız narkoman çıxıb. Elə bilin ki, ata çıxıb deyir ki, oğluma görə mənim də adım narkoman çıxıb. Deməli, sənətə düzgün "atalıq" edə bilməmisən də. 
Əməkdar artist Elnarə Abdullayevanın açıqlamasını Qulpqoyan dayıyla birgə oxuduq. Xanəndə deyir ki, dünyaya qadın kimi baxa bilmirəm. Qulpqoyan dayı da deyir ki, bala, neynək, onda erkək kimi bax getsin.
Əməkdar artist Kübra Əliyeva gənc model, son zamanlar film və seriallarda rollar alan Pərvin Abıyevaya deyib ki, iki rol oynayıb özünü böyük aktrisa sayma. Nəhayət ki, sənətkarlardan kimsə sənət naminə kiminsə inciməyini gözə alıb bu açıqlamanı verdi. Nə qədər ki modellər, fotomodellər, dərzilər filmlərdə, seriallarda rol alacaq, tamaşaçının gözünü Türkiyə, Rusiya kanallarından yığa bilməyəcəyik. Məsələn, müğənni Damla seriala çəkiləcək. Rasim Balayev də açıqlama verir ki, dərman almağa pul tapmıram. Ey gidi dünya...
Röya da varlı kişilərə söz atıb ki, dəmir qadınam. Qulpqoyan kişi deyir ki, məndə "laqonda" var.
İlhamə Quliyevanın öldüyü iki ilə yaxınlaşır. Amma qızıllarının söhbəti hələ də gedir. Bu dəfə Firuzə İbadova deyib ki, Əli Mirəliyevin qızı onun qızıllarını mənə vermək istəmirdi. Buna da "Ey gidi dünya" deyib keçək.
Əməkdar artisti Tünzalə Əliyeva (Toppuş bacı) deyib ki, məni heç bir teatrda işə götürmürlər. Adam İrəvan teatrında bir il işlədi, fəxri adı alıb aradan çıxdı. İndi də işləməyə teatr axtarır. Görünür, xalq artisti fəxri adını almaq üçün təqdimat yazılmağa yer axtarır. Hər halda həmin ad gününü xınayaxdı məclislərində keçirib, pul qazanmaqla məşğul olanların yox, 200 manata səhnənin tozunu illərlə udan aktrisaların haqqıdır.
Nigar Camal deyib ki, ikinci dəfə ailə qurub, üçüncü uşağı dünyaya gətirmək istəyir. Başa düşmədim, məgər şou aləmində uşaq dünyaya gətirmək üçün ərə getmək belə vacibdir? Nəinki vacib, heç müstəhəb də deyil. Madam ki belə bir fikrə düşmüsən, haydı irəli.


Xəbəri paylaş

9018 dəfə oxunub.

Digər xəbərlər
19-05-2016, 09:09 Elm niyə dinə ziyandır?

bütün xəbərlər
____ Instagram ___