Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°

Məleykə Əsədova Ramiz Məliki məhkəməyə verdi - 200 min təzminat
Tarix: 20-11-2017 | Saat: 10:03
Bölmə:Karusel / Gündəm | çapa göndər


Aktrisa Məleykə Əsədova xalq artisti Ramiz Məliki məhkəməyə verib.
Xəbəraz.Az xəbər verir ki, yenicag.az-ın əldə etdiyi özəl məlumata görə, noyabrın 22-də tərəflər Nəsimi Rayon Məhkəməsində üz-üzə gələcəklər. Məleykə Əsədova onun şərəf və ləyaqətini təhqir etdiyi üçün Ramiz Məlikə 200 min manat təzminat davası da açıb. Xəbəri Nəsimi Rayon Məhkəməsindən də təsdiqləyiblər.
Saytımıza açıqlama verən Ramiz Məlikin özü də məlumatı inkar etmədi:
"Bəli, xəbər doğrudur. Məleykə məni məhkəməyə verib. Ayın 22-də ilk qarşılaşmadı. Amma getməyəcəm. Çünki əlimdə ona qarşı olan faktlar var, həmin sənədləri toplayıram.
Məleykə çox səhv addım atır. O, əsəbi halda dediyim sözlərə görə məni ittiham edir. Yaxşı, bəs siz deyin, əgər Məleykə mənim evimə zəng edib, yoldaşımı, qızımı təhqir edirsə, məni "oğraş", "biqeyrət" adlandırırsa, mən buna susmalıyam? Məleykə mənim yoldaşıma "Ramizin o iki qız nəvəsini oğurlatdırıb, başlarına oyun açdıracam", deyirsə mən sakit durub baxmalıyam? Əlbəttə, bir kişi kimi bu sözlər məni özümdən çıxartdı, mən də həmin ərəfədə kim zəng etdisə, hamıya bu barədə, sözsüz ki, əsəbi halda öz fikirlərimi dedim. Sonradan bu barədə saytlarda xəbərlərin yayıldığını gördüm. Halbuki, bu söhbətin ictimailəşdirilməsini istəmirdim. Amma yenə də insanlığıma, ərliyimə rəğmən açıqlama verərək bildirdim ki, aramızda anlaşılmazlıq baş verib. Məleykənin də qadınlığını nəzərə alaraq, üzrxahlıq etdim. Fikirləşdim ki, eybi yox, qoy böyüklük məndə qalsın. Amma Məleykə yenə ikiüzlüyünü sübut etdi. Nəticədə, məni məhkəməyə verərək, 200 min pul tələb edir. Guya mən bunun şərəf və ləyaqətini təhqir etmişəm. Halbuki, o, birinci olaraq, mənim evimə zəng edib, ailəmi, özümü, qızımı və nəvələrimi küçə söyüşləri ilə təhqir edərək, hədələyib. Bunu qadın, xalq artisti necə deyə bilər? Bu cür təhqirə hansı kişi dözər? Kim Məleykəyə ixtiyar verib ki, mənim ailəmi təhqir etsin? O, elə bilirdi ki, ağzına gələni danışacaq, Ramiz də durub baxacaq? Mən Məleykəyə layiq olduğu cavabı vermişəm".
Xatırladaq ki, xalq artistləri arasında söz-söhbət hər şey Məleykə Əsədovanın sosial şəbəkədə şortikdə yayımladığı şəklindən sonra başlayıb. Şəkli görən Ramiz Məlik rəy bölümündə "Məleykə, sənin adın var, bu cür şəkilləri bura qoyma, səni qınayırlar. Özünün və teatrın imicini qoru", yazıb.
Bunu özünə təhqir hesab edən Məleykə Əsədova xalq artistinin evinə zəng edərək, qarşı tərəfi təhqir edib. Ramiz Məlik isə Yenicag.az-a açıqlamasında qarşı tərəfi cavabsız qoymamışdı.



1918 dəfə oxunub.

Digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
5+17-2=
Cavabınız:*
 

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
13-12-2017
bütün xəbərlər
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
____ Instagram ___