Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°

Azərbaycan Dövlət İqtisad Universitetində dəyişən yalnız obreviaturanın UNEC-lə əvəzlənməsidir
Tarix: 19-11-2017 | Saat: 20:06
Bölmə:Karusel / Gündəm | çapa göndər



Faktinfo.az-ın məlumatına görə , son günlər Azərbaycan Dövlət İqtisad Universiteti ilə bağlı bəzi saytlarda və digər KİV-də yayılan informasiyalar bir daha təsdiqlədi ki,bu təhsil ocağı ilə bağlı ”inkişaf” adı altında dəyişən ancaq Universitetin obreviaturasının ADİU-kimi deyil,UNEC-lə əvəzlənməsidir.Təəssüf doğuran isə odur ki,Təhsil Nazirliyi bircə dəfə də soruşmayıb ki,UNEC yazılması Azərbaycan dilinin normalarına nə dərəcədə uyğundur?

Hətta mətbuatda yazılanlara əsaslansaq deyə bilərik ki,ADİU-nun bir sıra saytlarda “reklam”ı,bir neçə millət vəkilinin bəlağətli fikirləri,bəzi təhsil ekspertlərinin bu ali məktəbi dünya miqyaslı Universitetlərlə “müqayisə”si sabun köpüyündən başqa bir şey olmayıb.Bəzi baş redaktorların orada keçirilən sessiya imtahanlarına “telefon başında şahidlik etmələri”belə məcburiyyətdən qaynaqlanıb.Yəni ,bir müddət əvvəl səsləndirilən “Dövlət İqtisad Universitetinə təyin edilən rektor ciddi islahatlar aparır.Bununla da Universitetin nüfuzunu yüksəldir” fikri əslində həqiqətdən uzaq şəxsi istək və arzudan irəli gəlmiş ifadə kimi başa düşülür.

Artıq mətbuatda yazılanlardan  aydın olur ki,FETÖ kimi terrorçu bir təşkilata bağlı şəxslərin ADİU-da müəllim kimi işləmələri mümkünləşib.Bu da xarici “konsept”in təhsil adı altında mümkün prespektivdə ictimaiyyətə, o cümlədən elmi ictimaiyyətə sırınmasıdır.

Amma,birtərəfli qaydada məlumat yayan saytlar qeyd etmədilər ki,əgər 2014-cü ildə pul ödənilmədən  tələbələr sessiya və dövlət imtahanına buraxılıb ,onlara diplom verilibsə, bu necə mümkün olub və ya nəyin qarşılığında onlara diplom verilib.Yox, əgər ödənişlə təhsil alan məzunlara diplom verilibsə,pul niyə və necə  uçotdan yayındırılıb?Axı,yay sessiya imtahanlarına buraxılan,dövlət imtahanına keçid alan tələbələr yeni rəhbərliyin dövrünə təsadüf ediblər.
Faktinfo.az-a daxil olan informasiyalara əsaslanaraq bildiririk ki,artıq ADİU-da çalışan bir qrup professor və müəllim heyyəti orada baş vermiş və verən neqativ halları ictimailəşdirmək qərarına gəliblər.Bu barədə rektor Ədalət Muradov da müəyyən qədər məlumatlıdır.Mümkündür ki,bir müddət əvvəl əsl həqiqətlərin ört- basdır edilməsi, 9 nəfər müəllimin bir həftə ərzində tələbələrdən ümumilikdə 620 min manat(altı yüz iyirmi) rüşvət toplaması barədə faktlar yenidən müzakirəyə çıxardılsın. Digər tərəfdən biraz əvvəl mətbuatda yazılmış 2015-ci il ödənişli təhsil sektorundan ADİU-nun bank hesabına daxil olmuş 25 milyon manatın “yoxa çıxması”,amma bu məbləğin Universitetdə çalışan müəllimlərin məvacibində artıma səbəb olmaması artıq narazılıq yaradan məsələlərdəndir.
-Əmtəşünaslıq,Texnologiya və Dizayn,Beynəlxalq İqtisadi Münasibətlər,Maliyyə və Uçot,Kommersiya fakultələrinin dekanları,Magistratura Mərkəzinin direktoru toxunulmaz şəxslər hesab olunurlar.

Fuad İsgəndərov.













748 dəfə oxunub.

Digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
5+17-2=
Cavabınız:*
 

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
13-12-2017
bütün xəbərlər
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
____ Instagram ___