Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sevdiyi qadını qaçıran şəxsi amansızlıqla öldürdü - Bərbər ölümünün TƏFƏRRÜATI
Tarix: 23-10-2017 | Saat: 13:53
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər


Dünən Mingəçevir şəhərində törədilmiş dəhşətli qətlin təfərrüatı üzə çıxıb.
27 yaşlı Eldar Abbasovun İsmət Qayıbov küçəsindəki bərbərxanada işləyən Pərviz Məmmədovu qısqanclıq zəminində öldürdüyü dəqiqləşib.
İlkin araşdırmalar zamanı məlum olub ki, Pərviz Eldarın sevdiyi qadınla evlənib. Belə ki, pul yığmaq üçün Dağıstana işləməyə gedən Eldar bir müddət sonra Pərvizin onun sevdiyi qızı qaçıraraq evləndiyini eşidib. Bundan sonra o, Pərvizlə görüşmək istəyib. Lakin 34 yaşlı Pərviz söhbətə ehtiyac olmadığını deyib.
Bundan sonra Eldar Abbasov Pərvizin işlədiyi yerə gələrək, ona 20-dən çox bıçaq zərbəsi endirib. Yaxınlıqdakı şəxslər onları ayıra bilməyib və yalnız hadisə yerinə gələn polislərin müdaxiləsindən sonra Pərvizi xəstəxanaya göndərmək mümkün olub. Lakin o, yolda keçinib.
E.Abbasov hadisə yerində tutularaq, istintaqa təhvil verilib.
Qeyd edək ki, P.Məmmədov keçən il evlənib və yenicə ata olubmuş.


Xəbəri paylaş

8238 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___