Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ermənistan bayraqlı maşın Bakıya necə gətirilib? - VİDEO
Tarix: 22-10-2017 | Saat: 17:55
Bölmə:Karusel / Gündəm / Hadisə / Xəbəraz TV | çapa göndər


Son günlər sosial şəbəkələrdə üzərində Ermənistan bayrağının rəngləri olan və Bakıda idarə edilən bir avtomobilin şəkli geniş müzakirələrə səbəb olub.

Xəbəraz.Az xəbər verir ki, "Xəzər TV" avtomobilin sahibi ilə əlaqə saxlayıb və bunun səbəbini araşdırıb.
Dövlət qeydiyyat nişanı 10 UU 550 olan bu avtomobilin üzərində Ermənistan bayrağının rəngləri həkk olunub.
Ölçüsü kiçik olan bu emblemə diqqətlə baxdıqda isə üzərində ''Euro motor cars'' sözləri yazılıb. Məlum olub ki, sözügedən avtomobilin sürücü Şahin Xanaliyevdir. Həmin şəxs kamera qarşısında danışmağa razı olmasa da, avtomobilinin üzərindəki rənglərin erməni bayrağı ilə əlaqəsi olmadığını və maşını 6 il əvvəl Bakıda fəaliyyət göstərən satış salonundan aldığını bildirib.
Sürücünün sözlərinə görə, o, Macarıstanda yaşayır və çox az hallarda avtomobili idarə edir.
Nişanın məxsus olduğu şirkət barəsində axtarış etdikdə isə məlum olur ki, avtomobil satışı ilə məşğul olan bu şirkət Amerikanın Marlyand ştatında fəaliyyət göstərir. Şirkətin logosunun Ermənistan bayraqının rənglərindən ibarət olması isə onun sahibinin də erməni olması ehtimalını yaradır.
Bakı şəhər Dövlət Yol Polis İdarəsinin sözçüsü Vaqif Əsədov açıqlamasında bildirib ki, bu hala görə həmin sürücüyə hər hansı cəza tətbiq etmək mümkün deyil. Yalnız sürücü ilə əlaqə saxlanılıb və həmin sürücü artıq sözügedən nişanı avtomobilindən çıxarıb.


Xəbəri paylaş

8378 dəfə oxunub.

Digər xəbərlər
25-08-2017, 11:34 Atəşkəs yenə pozuldu

bütün xəbərlər
____ Instagram ___