Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bütün Rusiya azərbaycanlı Baxış Kərimovun qəhrəmanlığından danışır (FOTO)
Tarix: 22-10-2017 | Saat: 17:49
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Rusiyanın Sverdlovsk vilayətində polis əməkdaşı həyət evində yanğının baş verdiyini görür və çoxuşaqlı ailəni xilas etməyə atılır. Bu barədə jurnalistlərə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.

“Rusiya DİN ”Zareçnı” bələdiyyələrarası şöbəsinin YPX müfəttişi, polis kiçik leytenantı Baxış Kərimov xidmətdən qayıdarkən Kamenski rayonunun Pervomayski qəsəbəsində yanan ev görür. Polis dərhal yanğınsöndürənləri çağırır və düşünmədən insanları xilas etməyə tələsir”, - Volk deyib.

Polis əməkdaşı pəncərələrin şüşələrini sındırır, yatmış ev sahiblərini – qadını və kişini oyadır, sonradan öyrənir ki, evdə dörd uşaq var. Kərimov balacaları tapır, onları küçəyə çıxarır və sonra yenidən evdə qalanları xilas etmək üçün qayıdır.

Qeyd olunur ki, yanğınsöndürənlər hadisə yerinə gəldikləri vaxt bütün ev alov içində idi. Hazırda rayon polis idarəsi Kərimovu mükafatlandırmağa hazırlaşır. Baxış Kərimovun qəhrəmancasına hərəkəti barədə bütün Rusiya kütləvi informasiya vasitələri yazır.


Xəbəri paylaş

1 1408 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___