İlham Əliyev yəhudiləri təbrik etdi
Tarix: 18-09-2017, 18:43 | Saat: 15:47:00
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Prezident İlham Əliyev Yəhudi icmasına təbrik ünvanlayıb.Təbrikdə deyilir:
“Hörmətli həmvətənlər!
Sizi yəhudi xalqının yeni il bayramı - Roş-Ha-Şana münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.
Sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycan bu gün multikultural ənənələrin qorunub saxlanıldığı, ayrı-ayrı dinlər və mədəniyyətlər arasında qarşılıqlı hörmət və etimad mühitinin mövcud olduğu nadir məkanlardandır.
Tarixən Azərbaycanda məskunlaşıb yaşayan yəhudi icmasının cəmiyyətimizdə özünəməxsus yeri vardır. Əlamətdar haldır ki, yəhudi vətəndaşlarımız ölkə həyatının bütün sahələrində yaxından iştirak edir, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fəal vətəndaş mövqeyi nümayiş etdirirlər.
Əziz dostlar!
Roş-Ha-Şana özündə yeniliyi, mənəvi saflığı və həmrəyliyi təcəssüm etdirən bir bayramdır. Yəhudi xalqının bu əziz günü qoy hamınızın həyatına xoş ovqat, ailələrinizə xoşbəxtlik və sevinc gətirsin.
Bayramınız mübarək olsun!”
162 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər

18-12-2015, 11:00
Cəbhədə gərginlik davam edir
10-02-2016, 17:25
Sultanın klipi xarici kanalda nümayiş olunub (VİDEO,FOTO)
6-05-2016, 20:08
Şimali Koreya lideri bu dəfə geyimi ilə gündəmdə - Foto
25-12-2016, 09:59
Rusiya təyyarəsi radarlardan itdi - 91 nəfərlə
20-08-2015, 19:14
Vasif Talıbov naziri işdən çıxardı
5-10-2015, 13:40
Qaxda kişini ölümdən son anda qızı xilas etdi
10-02-2016, 10:38
Bakıda iki uşaq anası doğuşdan sonra ölüb - FOTO
25-07-2017, 11:32
Azərbaycanlı iş adamı oğluna 4 gün, 4 gecə toy etdi +VİDEO
6-07-2017, 21:50
UEFA-dan “Zirə”yə xüsusi icazə
15-08-2015, 00:09
Türkiyə prezidentinin başına kəklik qondu - FOTO + VİDEO
30-01-2017, 20:02
Goranboyda ev partladı: yaralılar var
13-06-2016, 16:29
DTX-dan qızıl əməliyyatı: Məmurlar həbs edildi
26-08-2017, 11:10
Azərbaycanda 12 yaşlı qız hamilə qalıb
26-03-2017, 15:43
""O Səs Türkiyə"də azərbaycanlıları görəndə qıcıqlanırlar" - FOTO