Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azər Zahid yeni realiti-şou ilə QAYIDACAQ-FOTO
Tarix: 28-07-2017 | Saat: 10:47
Bölmə:Karusel / Şou-Biznes / Fotogalereya | çapa göndər




ATV-də yayımlanan “Yoxlama” verilişindən tanınan Azər Zahidin aparıcılığı ilə Azərbaycanın məşhur simalarının yarışacağı yeni realiti-şou başlayır.
Bu barədə  layihə rəhbəri Azər Zahid məlumat verib. O, avqustun 15-dən çəkilişlərə start verəcəyini bildirib:
“32 məşhur sima bu şouda 15 gün bir arada qalmalı olacaq. Bu tam fərqli yarışmadır. Biz ilk dəfə ulduzların həm əyləncəsini, həm də mübarizəsini görəcəyik. Məşhurlar əvvəlcə avtobusla Şamaxıya yola düşüb orda yerləşən 5 ulduzlu “Şirvan” otelinə yerləşəcəklər. Daha sonra isə “Sakitgöl”ə gedib gölün ətrafında əyləncə və mübarizəyə başlayacaqlar. Gecələr isə yenə otelə qayıdacaqlar. Mübarizənin necə olacağını isə tamaşaçılar tezliklə öz gözləri ilə görəcəklər”.
Azər Zahid hər gün 2 iştirakçının şounu tərk etməli olacağını açıqlayıb:
“32 nəfər 2 hissəyə bölünəcək. Tamaşaçılar hər birində 2 nəfər olmaqla 16 komandanın yarışını izləyəcəklər. 15 gün ərzində hər gün 2 nəfər evə yollanacaq. Proqramda ATV telekanalının tanınmış simaları, məşhur müğənnilər, idmançı və aktyorlar iştirak edəcək“.
Azər bəy verilişin adı ilə bağlı da fikirlərini bölüşüb:
“Azərbaycanda ilk olan bu realiti-şou “Top ulduzlar” adlanır.
Çünki burada top ulduzlar iştirak edir. Həm də ulduzlar top oynaya bilərlər. Amma bu, futbol yarışması deyil. Şounun maraqlı olacağına şəxsən zəmanət verirəm!”(publika)






Xəbəri paylaş

8598 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___