Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Kənd təsərrüfatı nazirliyinin rəsmisi bazardakı qiymətlərə aydınlıq gətirdi
Tarix: 28-07-2017 | Saat: 10:35
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər



Bazarlarda mövsümi məhsulların qiymətlərində artım baş verib. 
Xüsusilə pomidorun qiymətində son 10 gündə artım var. Bu məhsul  0,8-1,20 manat təşkil edir. 
Mövsümün ən çox istifadə edilən tərəvəzlərindən sayılan qarpızın isə kiloqramı 0,2- 0,25 manatdan  təklif olunur. Qeyd edək ki, ötən ilin müvafiq dövründə qiymətlər 0,18 manat təşkil edirdi.
Rəsmi statistikaya əsasən, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 2,2 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 1,7 faiz artıb. 
Bununla belə bir sıra məhsulların əkini azalıb. Məsələn, cari  ildə kartof əkini ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz, tərəvəz 6,4 faiz, bostan məhsulları 10,6 faiz az olub. Əslində, məhsul azlığını bazardakı satıcılar da təsdiqləyirlər. 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev  açıqlamasında mövsümi məhsulların qiymətlərinin baha olması ilə razılaşmadı: “Bazar liberaldır. Qiymətlər, demək olar ki hər gün dəyişir və təklif-tələb əsasında formalaşır. Qarpızın kiloqramının 20 qəpik olması normaldır. Sizcə, kəndçi məhsulunu neçə manatdan satmalıdır? O da çəkdiyi xərci götürməlidir axı”.
Ötən il qarpızın kiloqramının 0,30-0,35 manat təşkil etdiyini deyən nazirliyin rəsmisi bazarda bahalaşma olmadığını vurğuladı.   


Xəbəri paylaş

5598 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___