Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Lotu Quli”nin kirvəsi məhkəmə önündə
Tarix: 26-07-2017 | Saat: 13:18
Bölmə:Karusel / Hadisə | çapa göndər

“Lotu Quli”nin kirvəsi məhkəmə önündə
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə baxış iclası keçirilib.
Dövlət ittihamçısı ittiham aktını elan edib. 
Belə ki, 2016-cı ilin noyabrın 23-də Məhəbbət Namazovun maşınından "Makarov" tipli tapança və külli miqdarda narkotik vasitə aşkar olunub. 
M.Namazovun Ağstafa rayonun Sadıxlı kəndində yerləşən evindən silah patronları tapılıb. 
O, Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq təkrar odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234.4.3 (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilir. 
M.Namazov özünü təqsirli bilmədiyini deyib.
Məhkəmə prosesi avqustun 2-də davam etdiriləcək.
Qeyd edək ki, "Lotu Quli" hazırda 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilən yeznəsi Vidadi Hüseynov isə dünən, vaxtından 3 ay əvvəl azadlığa buraxılıb.


Xəbəri paylaş

9388 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___