Çox tərləyənlərin DİQQƏTİNƏ: bu iynəni vurdurun
Tarix: 26-07-2017 | Saat: 12:21
Bölmə:Karusel / Səhiyyə | çapa göndər
İsti yay aylarında ictimai nəqliyyatda, insanların sıx olduğu yerlərdə daha çox rastlanan və narahatlıq yaradan problem tər qoxusudur. Tərləmənin normal bir hal olduğu deyilsə də, pis qoxu ətrafdakılar üçün sanki bir işgəncədir.
Tərləmənin hər hansı xəstəlik, ya da hormonal pozğunluqla əlaqəsi yoxdur. Sadəcə həyəcan, stress kimi bəzi psixoloji hallarda daha da çox yaşana bilər.
Qoltuqaltı tərləyərkən isə geyimdən görünən nəm və üstəlik pis qoxu sıxıntı yaradır. Tərləmə əleyhinə istifadə edilən antipresperantlar isə o qədər effektli deyil. Bəs nə edək?
Son vaxtlar tərləmə problemi olan insanlar kosmetoloqlara da müraciət edirlər. “Kosmetoloqların tərləməyə nə aidiyyatı?”, - deyə düşünə bilərsiniz. Müasir dövrdə kosmetoloji mərkəzlərdə tərləmə əleyhinə tətbiq edilən orijinal üsul botoks inyeksiyasıdır. Botoks inyeksiyası tər vəzilərini iflic edir.
Həkim-kosmetoloq Xariqə Quliyeva açıqlamasında deyib ki, əhalinin 0.6-1%-i hiperhidroz xəstəliyindən əziyyət çəkir. Hiperhidroz dərinin tər vəzilərinin hipersekresiyası nəticəsində yaranan artıq tər ifrazıdır: “Bu gün yüksək tərlilik problemləri botoks preparatının nöqtə mikroinyeksiyaları ilə müalicə edilir. Bu sahədə əksər tər vəzilərinin işi bloklanır və faktiki olaraq tərləmə dayandırılır. Beləliklə, qoltuqaltı, ovuc içi və ayaq pəncəsi, hətta kürəkdə tərləmə problemini həll etmək olar”.
Botoks inyeksiyasının tərləmə probleminə müvəqqəti də olsa çarə olduğunu deyən X. Quliyevanın sözlərinə görə, inyeksiyanın təsiri 6 aydan sonra keçir: “Prosedurda istifadə edilən preparat botulizm törədicisinin çox zəif konsentrasiyasından alınır. Bu preparat kiçik sinir ucluqlarının işini blokada edir və tər yaranma prosesi dayanır. Botoks inyeksiyasının davamlı təsiri 6-9 ay ərzində qalır. Qoltuq altlarına tətbiq edilən lazer, radiofrekans və liposaksiya zamanı tərləmə yenidən təkrarlana bilər. Tərləmənin müvəqqəti müalicəsi üçün hər 6 aydan bir botoks inyeksiyası etdirmək olar”.
Terapevt Xəyyam Eyvazov bu üsulun hər hansı bir yan təsirə malik olmadığını deyib: “Çox tərləyən insanlarda tərləmənin qarşısını almaq üçün ən effektli üsul botoks inyeksiyasıdır. Heç bir yan təsiri yoxdur. Sadəcə bu proseduru tətbiq etməzdən öncə gərək kosmetoloqlar şəxsin sağlamlığına əmin olsunlar. Hər hansı infeksiya, göbələk xəstəliyi varsa, proseduru etmək olmaz”.(ailem.az)
Xəbəri paylaş
1 0348 dəfə oxunub.
Digər xəbərlər

23-03-2021, 09:55
Baydenin büdrəməsinə Trampdan maraqlı reaksiya
18-01-2017, 14:59
Kamil Zeynallı polis şöbəsinə çağırıldı
13-06-2016, 14:25
AB-nin Türkiyəyə ehtiyacı var - Tusk
31-07-2016, 10:51
Bakıda marşrut avtobusu qəza törətdi: ölən var
15-09-2019, 01:39
Günün qoroskopu: Alış-veriş istənilən nəticə verməyəcək.
9-02-2023, 11:36
Bakıda oğul bayram günü atasını döyə-döyə öldürdü - TƏFƏRRÜAT
22-01-2016, 14:35
Polis oğrulara müharibə elan etdi
29-05-2016, 15:46
Davudoğlu niyə arxa sırada oturdu? – Foto
19-06-2015, 15:33
Benyamin Netanyahudan Ramazan mesajı