Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Leo Messi'nin qıra bilmədiyi 10 rekord
Tarix: 24-07-2017 | Saat: 21:21
Bölmə:Karusel / İdman / M2 / Foto-fakt | çapa göndər


 Leo Messi'nin necə dahi oyunçu olduğunu hamımız bilirik. Leo bir çox rekordlara sahibdir, amma onun da qıra bilmədiyi 10 rekord var.  

1.La Liga xaricindəki komandalara 100 qol.
-İndiyədək 98 qol vuran Leo'nun ən sevdiyi avropalı rəqib Arsenal'dır. Onun ingilis klubuna vurduğu 9 qol var. Ardıncı isə AC Milan və Celtic'ə vurduğu 8 qol gəlir.  
 

 
2.UEFA Çempionlar Liqasında 100 qol.
-Leo Messi'nin hal-hazırda bu turnirdə 94 qolu var. 2006, 2009, 2011 və 2015'ci ildə UEFA Çempionlar Liqasını qazanan Leo Messi hal-hazırda 115 matçda 94 qol vurmağı bacarıb. 
 

 
3.Eyni mövsümdə La Liga, Kral Kuboku və UEFA Çempionlar Liqasında bombardir olmaq. 
-Leo bu mövsüm bu rekordu qırmağa çox yaxın idi. 37 qolla La Liga'da, 5 qolla Kral Kubokunda liderliyi əlində saxlayan argentinalı UEFA Çempionlar Liqasında 11 qolla 2'ci olmuşdu. 
 

 
4.Futbol tarixinin ən çox kubok qazanan oyunçusu. 
-Leo Messi; Barça forması ilə çıxış etdiyi 13 mövsümdə 30 rəsmi kubok qazanıb. O, ən çox kubok qazanan oyunçu olmaq üçün 24 il Manchester United forması geyən Ryan Giggs'i geridə qoymalıdır. Giggs; 36 kubokla futbol tarixinin ən çox kubok qazanan oyunçusudur. 
 


5.Futbol tarixinin ən çox Avrokuboklarını qazanmış oyunçu. 
-Messi; 2017/18 mövsümünə 7 Avrokubok qazanmış oyunçusu kimi başlayacaq: 4 UEFA Çempionlar Liqası, 3 Avropa Superkuboku. Hal-hazırda ən çox Avrokubok qazanmış oyunçular 9 Avrokubokla Paolo Maldini, Arie Haan və Dani Alves'dir. 
 


 6. Avropanın TOP5 liqalarında 1 komanda üçün ən çox qol vuran oyunçu. 
-Hazırki lider Gerd Müller; Bayern München forması ilə 1964-1979 illəri arasında 525 qol vurdu. Messi isə 507 qolla 3'cü pillədədir. 
 


7.Barça forması ilə 600 matç. 
-Hal-hazırda Barça forması ilə 583 rəsmi oyuna çıxan oyunçunun 17 oyuna ehtiyacı var. 
 

 
8.La Liga'da qələbə rekordu. 
-Leo Messi; La Liga'da 288 qələbəyə sevinib. Bu kateqoriya üzrə ən yaxşı göstərici İker Casillas'a aiddir (334). 
 


9. Futbol tarixinin ən çox "Qızı Buts" qazanan oyunçusu. 
-Leo bu mövsüm "Qızıl Buts"u qazanmaqla Cristiano Ronaldo ilə nəticələrini eyniləşdirdi (4). Leo daha bir dəfə bu mükafata sahib çıxsa, liderliyi ələ keçirəcək. 
 

 
 10.Dünya Çempionu olmaq. 
-Dünyanın ən yaxşı oyunçusunun qazana bilmədiyi tək mükafat var: Dünya Kuboku. Argentina millisi ilə 2005'ci ilə FIFA 20 yaşarası Dünya Kubokunu, 2008'ci ildə isə Pekin Olimpiya Oyunlarını qazanana oyunçu 2018'ci ildə Rusiyada keçiriləcək Dünya Çempionatına böyük ümid bəsləyir. 
Mənbə-(FCBAZFAN)


Xəbəri paylaş

1 8118 dəfə oxunub.

Digər xəbərlər
4-12-2018, 13:41 Sabah da yağış yağacaq

bütün xəbərlər
____ Instagram ___