Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gözdəymə və ondan necə qorunmaq haqqında
Tarix: 24-07-2017 | Saat: 00:13
Bölmə:Karusel / İbadət | çapa göndər


Gözdəymə adətən paxıllıqdan və ya bədnəzərdən meydana gəlir. Uca Allah öz Peyğəmbərinə (salləllahu aleyhi və səlləm) həsəd aparanın şərindən Ona pənah aparmasını əmr edir. Uca Allah buyurur: "...və həsəd aparan zaman paxılın şərindən!" (əl-Fələq, 5).
İnsanın özü-özünə, övladına, malına da gözü dəyə bilər. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Gözdəymə haqdır. Əgər qədərin (alın yazısının) qabağını ala bilən bir şey olsaydı, gözdəymə onu keçərdi". (əl-Buxari, Muslim).
Gözdəymədən və başqa şərlərdən qorunmaq üçün hər namazdan sonra "Ayətul-Kursi - (əl-Bəqərə, 255)", "əl-İxlas", "əl-Fələq" və "ən-Nəs" surələrini oxumaq lazımdır. Səhər sübh namazından sonra və məğrib namazından yarım saat əvvəl hərəsini üç dəfə oxumaq lazımdır. Həmçinin, özündə və başqa insanlarda xoşuna gələn bir şey gördükdə "Bərakəllahu fihi" deyərək ona Uca Allahdan bərəkət diləmək lazımdır. Həmçinin, "MəşəAllah" demək. Peyğəmbərimiz (salləllahu aleyhi va səllam) demişdir: "Biriniz qardaşında, yaxud özündə, ya­xud da malında xoşuna gələn bir şey görsə, onun üçün bərəkət diləsin! Çünki gözdəymə həqiqətdir!" (İbn Məcəh, 3509).
Gözdəymənin təsirləri barədə rəvayət olunur ki, Aişə (Allah ondan razı olsun) demişdir: "Allahın Rəsulu (salləllahu aleyhi va səllam) bədnəzərdən qorunmaq üçün mənə ruqya (Qurandan və Sünnədən bədnəzərə qarşı oxunacaq hissələr) oxumağı deyərdi". (əl-Buxari, Muslim).
(zikr.az)


Xəbəri paylaş

7628 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___