Ana Sayfa > Hadisə > Ucarda Körpə doğuşdan sonra öldü

Ucarda Körpə doğuşdan sonra öldü


22-06-2015, 12:45. Yazar: Xeberaz
Ucarda Körpə doğuşdan sonra öldü
Azərbaycanda doğuşdan sonra körpə ölümü baş verib.

Xeberaz.az APA-nın məlumatına istinadan xəbər verir ki,, hadisə Ucar rayonunda qeydə alınıb.

Rayon sakini, 1985-ci il təvəllüdlü Dilarə Mehdiyeva Ucar Rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı ilə qız övladı dünyaya gətirib.

Körpə əməliyyatdan bir neçə saat sonra xəstəxanada ölüb.

D. Mehdiyeva Ucar Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, faktla bağlı nazirliyin Doğuşayardım Komissiyası tərəfindən araşdırma aparılır.
Geri dön