Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda 20 yaşlı gənc işlədiyi yerdə 8 maşını soydu - VİDEO
Tarix: 04-04-2015 | Saat: 18:29
Bölmə:Hadisə | çapa göndər

Bakıda 20 yaşlı gənc işlədiyi yerdə 8 maşını soydu - VİDEO
“Maşınların içindən pul, maqnitafon aparmışam”.

Sabirabaddan Bakıya işləməyə gələn 20 yaşlı gənc oğurluğa başlayıb.

Xeberaz.az RTV-yə istinadən xəbər verir ki, Sabirabad rayonundan paytaxda işləmək məqsədilə gələn Pərviz Hüseynli bir müddətdən sonra daha asan yolla qazanc əldə etmək fikrinə düşüb. 20 yaşlı gənc ilk olaraq 9-cu mikrorayon ərazisində fəaliyyət göstərən kafelərin birində ofisiant işləyərkən seyfdən 1700 manat nəğd pul oğurlayıb. Daha sonra oğurluğu özünə peşə seçən gənc şəhərin, əsasən, 9-cu mikrorayon ərazisində müxtəlif vaxtlarda 8 avtomobili soyub.

Binəqədi polisi tərəfindən saxlanılan Pərviz Hüseynli törətdiyi cinayət əməllərini səmimi etiraf edib:

“Maşınların içindən pul, maqnitafon aparmışam. Çox vaxt maqnitafonu götürmürdüm, daha çox pul, qızıl, telefon götürürdüm. Onları da cəmi 2000 manata yaxın pula satıb, xərcləmişəm pulu”.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.




Xəbəri paylaş

8558 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___