Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xaçmazda şadlıq evində qohumunu itələyərək öldürən şəxs 2 il cəza alıb – FOTO
Tarix: 03-04-2015 | Saat: 00:33
Bölmə:Hadisə | çapa göndər

Xaçmazda şadlıq evində qohumunu itələyərək öldürən şəxs 2 il cəza alıb – FOTO
“Başlanan dava zamanı Hacıyev Xeyrullayevi itələyib”.

Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz rayon sakini Saleh Hacıyevin (1982-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.

Xeberaz.az Oxu.Az-a xəbər verir ki, ötən il sentyabrın 27-də Xaçmaz rayonunda yerləşən “Zümrüd” şadlıq evində Saleh Hacıyevlə dayısı oğlu Rüfət Xeyrullayev (1986-cı il təv.) arasında şəxsi münasibətlərin aydınlaşdırılması zəminində münaqişə baş verib.

Saleh sərxoş vəziyyətdə olan Rüfətdən aralanmaq istəsə də buna nail ola bilməyib, foyedə olan qohumlar və digər qonaqlar da insidentin şahidi olublar. Başlanan dava zamanı Hacıyev Xeyrullayevi itələyib, nəticədə sonuncu müvazinətini itirərək başı ilə pilləkənə dəyib. Münaqişə şahidlərin müdaxiləsi nəticəsində sovuşandan sonra Rüfət evə yollanıb, lakin qəflətən gecə halı pisləşib. O, yaxınları tərəfindən Mərkəzi rayon Xəstəxanasına çatdırılıb və orda dünyasını dəyişib.

Araşdırmaya başlayan RPŞ-nin əməkdaşları Saleh Hacıyevi saxlayıblar, o dindirilərkən Rüfət Xeyrullayevlə savaşdığını etiraf edib, faktla əlaqədar ilkin olaraq rayon prokurorluğunda CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, sonra isə həmin maddə 120.1-ci maddəyə tövsif edilib.

Məhkəmə prosesində Saleh Hacıyev ittiham üzrə özünü təqsirli hesab etməyərək, Rüfət Xeyrullayevi qəsdən öldürmədiyini bildirib. Təqsirləndirilən şəxsin sözlərinə görə, o həqiqətən Rüfəti itələyib, amma bu qarşılıqlı mübarizə vaxtı baş verib, Hacıyev cinayəti mərhumun qanunsuz hərəkətləri nəticəsində törətdiyini göstərib.

Zərərçəkən tərəfin nümayəndəsi isə, Xeyrullayevin ölümündə Saleh Hacıyevi günahkar hesab etdiyini qeyd edib.

Məhkəmə işi tam və obyektiv araşdıraraq belə qənaətə gəlib ki, Saleh Hacıyevə istintaq orqanı tərəfindən ittiham düzgün maddə ilə verilməyib, ona görə ki, onun əməli qəsdən olmayıb. Saleh Hacıyevin barəsində olan cinayət işi CM-nin 120.1-ci maddəsindən 123.2 (cinayəti törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla qəsdən adam öldürmə) maddəsi ilə tövsif edilib.

Məhkəmənin hökmü ilə Saleh Hacıyev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.







Xəbəri paylaş

8698 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___