Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanın bəzirayonlarına güclü dolu yağıb
Tarix: 20-07-2015 | Saat: 11:07
Bölmə:Hadisə | çapa göndər

Azərbaycanın bəzirayonlarına güclü dolu yağıb
Meyvə-tərəvəzəziyan vurandolu ev pəncərələrinin və maşınların şüşələrini sındırıb.
Bu gecə Göyçaya güclü dolu düşüb və təqribən 20 dəqiqə davam edib. Dolu əsasən rayonun Qaraxıdır, Bığır, Hacalıkənd, Şəkər, Ləkçiplaq kəndlərində meyvə-tərəvəzə sahələrinə ziyan vurub. Güclü küləklə müşayiət olunan dolu dənələrinin böyük olması səbəbindən evlərin və sosial obyektlərin dam örtüyünə, habelə avtomobillərə də ziyan dəyib. Evlərin dam örtüyü, pəncərələrin və maşınların şüşələri sınıb. Dolu düşən kəndlərin enerji təsərrüfatı və rabitə sistemində də problemlərin yarandığı bildirilir.

Dolunun ardınca isə leysan xarakterli güclü yağış yağmağa başlayıb. Nəticədə bəzi həyətyanı sahələri su basıb, otlaq və əkin sahələri, habelə meyvə ağacları, pomidor və xiyar istixanaları ziyan görüb.

Təbii fəlakət Göyçayla yanaşı, Qəbələ rayonunun Bum, Qəmərvan, İsmayıllının Gileyli və Kürd kəndlərinə də ziyan vurub.


Xəbəri paylaş

7968 dəfə oxunub.

Digər xəbərlər
14-02-2017, 14:44 Yumurta və un ucuzlaşır

bütün xəbərlər
____ Instagram ___