Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dünya ustadları Şəkidə (VİDEO)
Tarix: 03-07-2015 | Saat: 16:37
Bölmə:Hadisə | çapa göndər

Dünya ustadları Şəkidə (VİDEO)
Polşa musiqiçiləri “İpək Yolu” VI Beynəlxalq musiqi festivalında çıxış edib

Şəki “İpək Yolu” VI Beynəlxalq musiqi festivalının ikinci günü festivala qatılan xarici ölkə musiqiçilərinin ustad dərsləri ilə öz işinə başladı.

Xeberaz.az xəbər ki, ANS TV-nin məlumatına görə, daha sonra tarix memarlıq abidəsi olan Karvansarayda Polşa musiqiçiləri çıxış etdilər. Musiqiçilər dünya klassikləri ilə yanaşı, öz ölkələrinin musiqi nömrələrini təqdim etdilər.

Polşalı musiqiçi Konrad Merta çox şaddır ki, belə bir festifalda iştirak edir: "Bu həm Azərbaycan üçün, həm də musiqiçilər üçün yaxşı bir ideyadır. Çünki musiqiçilər özlərini burda tanıda bilirlər".

Polşalı musiqiçilər Azərbaycan muğamlarını böyük maraqla dinlədiklərini və Alim Qasımovun diskini əldə edib özləri ilə aparacaqlarını dedilər. Dünya klassiklərinin musiqilərini ifa edən polşalı musiqiçilər Azərbaycan mahnılarından birini səsləndirmək istədiklərini və bu arzularının yaxın vaxtlarda reallaşdıracaqlarını dedilər.

Polşalı bəstəkar Pyotr Qah bildirdi ki, Azərbayacana gəlməzdən öncə internetdə Azərbaycan haqqında məlumat öyrəniblər. Onlar internetdə muğama qulaq asıblar. Bu yaxınlarda Azərbaycanın məhşur müğənnisi Alim Qasımov Polşaya gedib. O təəssüf edir ki, müğənninin konsertinə iştirak edə bilməyib. Buna baxmayaraq, o, Azərbaycan musiqilərinin disklərini əldə etdiklərini və daima onlara qulaq asacaqlarını açıqlayıb.

Festival bu gün ölkəmizdə yaşayan azsaylı xalqların mahnı, rəqs və musiqilərindən ibarət konsert proqramı ilə davam edir.


Xəbəri paylaş

6898 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___