Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Birinci Avropa Oyunlarının məşəli Ucarda alovlandırıldı
Tarix: 21-05-2015 | Saat: 21:45
Bölmə:Hadisə | çapa göndər

Birinci Avropa Oyunlarının məşəli Ucarda alovlandırıldı
Məşəl Göyçay rayonuna yola salınıb.

Azərbaycanı qarış-qarış gəzən “Bakı-2015” ilk Avropa Oyunlarının məşəli mayın 21-də Ucara gətirilib və burada minlərlə sakinin iştirakı ilə qarşılanma mərasimi keçirilib.

Xeberaz.az AZƏRTAC-a istinadən xəbər verir ki, məşəl şəhərin Koroğlu və Oğuz küçələrinin kəsişdiyi yerdə, Oyunların rəmzi qapısında qarşılandı və rayon sakini, ziyalı Tağı Məmmədov tərəfindən qəbul edildi.

Sonra 10 nəfər məşəlçinin yürüşü başlandı. Onlar növbə ilə məşəli bir-birinə ötürərək Koroğlu küçəsi və Heydər Əliyev prospektindən keçməklə Ulu Öndərin adını daşıyan Mərkəzin qarşısındakı meydana gəldilər. Güləş üzrə məşqçi Seymur Quliyev səhnəyə çıxaraq məşəli alovlandırıb.

Ucara təhvil verilən çıraq "Bakı-2015"in simvolu kimi yarışlar bitənədək Heydər Əliyev Mərkəzində yanacaq. Daha sonra məşəl Göyçay rayonuna yola salınıb.


Xəbəri paylaş

7748 dəfə oxunub.

Digər xəbərlər
22-10-2016, 18:09 Silah tapdı, polisə verdi

bütün xəbərlər
____ Instagram ___