Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qədim Bərdə Alov festivalının növbəti ünvanı: - FOTO
Tarix: 14-05-2015 | Saat: 00:07
Bölmə:Hadisə | çapa göndər

Qədim Bərdə  Alov festivalının növbəti ünvanı:  - FOTO
Festival atəşfəşanlıqla başa çatıb.

Birinci Avropa Oyunlarının məşəli mayın 13-də Yevlaxdan Bərdəyə gətirilib.

Xeberaz.az -ın AzərTAc-a istinadən məlumatına görə, Bərdə şəhərinin girişindəki Dövlət Bayrağı meydanında birinci Avropa Oyunlarının məşəlinin təntənəli qarşılanma mərasimi olub.

Bərdə şəhər 1 nömrəli incəsənət məktəbinin müəllimi Səxavət İsmayılov birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul edib.

Məşəlçilər yol boyu düzülən insanların alqışları ilə məşəli bir-birinə ötürərək şəhərin Nüşabə küçəsi və Heydər Əliyev prospektindən keçməklə, Bərdə türbəsinə, sonra isə mərkəzi meydana gəliblər. Rayonun fəal gənclərindən olan Fuad Ağayev səhnəyə qalxaraq, birinci Avropa Oyunlarının məşəlini alovlandırıb. Oyunların sonuna qədər şəhərdə qalacaq çıraq rayon ictimaiyyətinə təqdim edilib.

Əsl xalq bayramına çevrilən Alov festivalında birinci Avropa Oyunlarının məşəlinin Bakıda Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.

Tanınmış incəsənət ustalarının və rayon musiqiçilərinin konsert proqramı bərdəlilərin bayram sevincini daha da artırıb. 50 min nəfərə yaxın insanın izlədiyi festival, o cümlədən idmançıların nümunəvi çıxışları, təqdim olunan mahnı və rəqslər, Alov şousu bərdəlilərdə xoş ovqat yaradıb.

Alov festivalı atəşfəşanlıqla başa çatıb.

Mayın 14-də məşəl karvanı Goranboy və Naftalana yollanacaq.










Xəbəri paylaş

1 0888 dəfə oxunub.

Digər xəbərlər
27-07-2020, 13:14 Yeni Təhsil naziri kimdir?

bütün xəbərlər
____ Instagram ___